Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Suveren inkişaf modeli
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Dövlətin suveren inkişaf modelinin əsasını qoyan sənəd olan Konstitusiyamızın 30 illik yubileyidir. Konstitusiyamızın 30 illiyi Azərbaycan dövlətinin yetkinlik mərhələsinin, xalqın iradəsinə söykənən hüquqi dövlət modelinin və sabit inkişaf kursunun rəmzidir.
Azərbaycanın konstitusiya tarixi təkcə hüquqi proses deyil, eyni zamanda milli dövlətçilik ideyasının inkişaf yoludur. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlətçilik ənənələrinin təməlini qoysa da, müstəqil Konstitusiya qəbuluna nail ola bilmədi. Buna görə də Azərbaycanın konstitusiya quruluşu ilk dəfə sovet hakimiyyəti dövründə – 1921-ci ildə qəbul olunmuş Konstitusiyadan başlayır.
Sonrakı illərdə – 1925, 1927, 1937 və 1978-ci illərdə qəbul edilən Konstitusiyalar dövlət idarəçiliyi və siyasi sistem baxımından SSRİ modelinə uyğun olsa da, məhz 1978-ci il Konstitusiyası milli hüquq düşüncəsində dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dilinin dövlət dili olması” maddəsi əlavə edildi. Bu addım milli kimliyin qorunması, dövlətçilik ənənəsinin hüquqi əsasda təsdiqi baxımından strateji əhəmiyyət daşıyırdı.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilsə də, həmin dövrdə mövcud olan siyasi xaos və idarəetmə böhranı dövlətin hüquqi əsaslarını formalaşdırmağa imkan vermədi.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitlik və hüquqi sistemin bərpası üçün tarixi missiyanı üzərinə götürdü. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və müstəqil dövlətin hüquqi sütunlarını müəyyən edən sənəd üzərində işə başlandı.
Heydər Əliyev bu prosesin mahiyyətini belə ifadə etmişdi: “Biz elə bir layihə hazırlamalıyıq ki, o, müstəqil Azərbaycan Respublikasının uzunmüddətli sabit inkişafını təmin edən tarixi sənəd olsun.”
1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 91,9 faizi yeni Konstitusiyanın lehinə səs verdi. Bununla Azərbaycan xalqı öz iradəsini hüquqi formada təsdiqlədi. Əsas Qanun 27 noyabr 1995-ci ildə qüvvəyə mindi, 15 dekabr 1995-ci il tarixli Fərmanla isə 12 noyabr Konstitusiya Günü elan edildi.
Azərbaycan Respublikasının Konstitusiyası müasir, demokratik və dünyəvi dövlət modelinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
Hakimiyyət bölgüsünün qanunvericilik, icra və məhkəmə qollarının qarşılıqlı balansı hüquqi sabitliyi təmin etdi. Əsas Qanunun 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir. Bu, Azərbaycanın beynəlxalq hüquqi prinsiplərə, xüsusən də BMT və Avropa Şurasının insan hüquqları mexanizmlərinə sadiqliyinin göstəricisidir.
Konstitusiyada təsbit edilən sosial dövlət prinsipi hər bir vətəndaşın layiqli həyat səviyyəsinin dövlət təminatı altında olmasını nəzərdə tutur. Məhz bu fəlsəfi yanaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin hüquqi əsasını təşkil edir.
Azərbaycanın müstəqilliyi dövründə hüquqi dövlət quruculuğunun ən mühüm mərhələlərindən biri 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması oldu. 1997-ci il “Konstitusiya Məhkəməsi haqqında” Qanun və Ulu Öndər Heydər Əliyevin 18 iyul 1998-ci il tarixli Fərmanı bu orqanın müstəqilliyini təmin etdi.
Konstitusiya Məhkəməsi hüquqi dövlətin ali nəzarət orqanı kimi qanunvericiliyin Konstitusiyaya uyğunluğunu təmin edir və vətəndaşların hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu, Azərbaycan dövlətində qanunun aliliyinin real mexanizminə çevrildi.
Cəmiyyətin və dövlətin inkişafı ilə paralel olaraq Konstitusiyada bir neçə dəfə dəyişikliklər aparılmışdır. 2002-ci il referendumunda 24 maddədə 29 dəyişiklik, 2009-cu ildə 25 maddədə 30-dan artıq dəyişiklik, 2016-cı ildə 29 maddədə 41 dəyişiklik edilmişdir.
2016-cı ildə aparılan islahatlarla idarəetmə sistemində yeni institut – Birinci vitse-prezidentlik təsis edildi. Bu addım müasir idarəetmə mexanizminin çevikliyini, strateji qərarların səmərəli icrasını və dövlətin dayanıqlılığını təmin edən yeni mərhələ idi.
Bütün dəyişikliklərin mahiyyəti bir prinsip ətrafında birləşir: insan hüquqlarının və dövlət sabitliyinin daha səmərəli təminatı. Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Azərbaycan 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla Konstitusiyanın hüquqi qüvvəsi bütün ölkə ərazisində bərqərar oldu. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar həm Konstitusiyanın 30 illiyini, həm də dövlət suverenliyinin tam təmin olunmasını simvolizə edir.
Əsas Qanunun ruhuna uyğun olaraq, bu il Azərbaycan dövləti hüquqi, siyasi və milli suverenlik prinsiplərini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Bu mükafat hüquq sisteminin inkişafına, konstitusion ideyaların təbliğinə və dövlət müstəqilliyinin möhkəmlənməsinə töhfə verən şəxslərə təqdim edilir.
Bu, dövlətin hüquqa sədaqətinin, konstitusiya prinsiplərinin milli inkişaf strategiyasının mərkəzində dayandığının bariz göstəricisidir. Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də müstəqilliyimizin, dövlət suverenliyimizin və milli birliyimizin bərqərar olmasının əsas sütunudur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə davam edən islahatlar prosesinin dayanıqlı hüquqi bazasına çevrilib. Bu gün Azərbaycan dövləti öz suveren hüquqlarına, milli maraqlarına və Konstitusiyasının aliliyinə əsaslanaraq, beynəlxalq arenada qətiyyətlə irəliləyir.























































