Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Konstitusiya İli və humanist dövlətçilik: Prezident İlham Əliyevin hüquqi islahatlara verdiyi tarixi dəyər
Azərbaycan Respublikasının Prezidenti,
Möhtərəm cənab İlham Əliyev!
Azərbaycan dövlətinin hüquqi, demokratik və humanist dəyərlər üzərində möhkəmlənməsi istiqamətində Sizin uzaqgörən siyasətiniz, prinsipial mövqeyiniz və yüksək dövlətçilik məsuliyyətiniz müasir Azərbaycan tarixində müstəsna yer tutur. Xüsusilə Konstitusiya İli çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlətin təməl prinsiplərinin möhkəmləndirilməsi və insan hüquq və azadlıqlarının etibarlı təminatı Sizin rəhbərliyinizlə ölkəmizin hüquqi inkişafında yeni mərhələ yaratmışdır.
Bu il ərzində qəbul edilən amnistiya aktları və əfv siyasəti Azərbaycan dövlətinin humanizm fəlsəfəsinin, sosial ədalətə və insan ləyaqətinə verdiyi ali dəyərin bariz təcəssümüdür. Sizin təşəbbüsləriniz minlərlə ailəyə sevinc, ümid və yeni həyat imkanı bəxş etmiş, cəmiyyətimizdə mərhəmət, bağışlama və sosial həmrəylik dəyərlərini daha da gücləndirmişdir.
Konstitusiyamızın ruhuna sadiqlik, hüququn aliliyinə hörmət və ədalətli cəmiyyət quruculuğu istiqamətində atılan bu addımlar, hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və dərin minnətdarlıqla qarşılanır. Dövlət başçısı kimi Siz yalnız qanunların icrasını təmin etməklə kifayətlənmir, eyni zamanda hüququ canlı, insan talelərinə toxunan, cəmiyyəti saflaşdıran bir mexanizmə çevirirsiniz.
Arhd.az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru kimi qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında aparılan hüquqi islahatlar Azərbaycan hüquq elminin inkişafına, hüquqi şüurun yüksəlməsinə və vətəndaş–dövlət münasibətlərində etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verməkdədir. Konstitusiya İli çərçivəsində görülən mötəbər və məqsədyönlü işlər gələcək nəsillər üçün möhkəm hüquqi irsdir.
Bu ali dövlətçilik mövqeyinizə, humanist siyasətinizə və Azərbaycan xalqına göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
İsmail Zalov
Arhd.az saytının rəhbəri
Hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru























































