Xəbər Lenti
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Yerdə növbəti buz dövrü nə zaman başlayacaq? - Alimlər açıqladı
Yeni araşdırma Yer kürəsinin Günəşə nisbətən meyl bucağı ilə buz qalxanlarının yaranması arasında "heyrətamiz əlaqə" olduğunu üzə çıxarıb. Alimlər hesablayıblar ki, növbəti buz dövrü təxminən 11 min il sonra baş verə bilərdi, lakin qlobal istiləşmə bu prosesi əngəlləyə bilər.
Qaynarinfo xəbər verir ki, son 800 min il ərzində Yer kürəsinin Günəşə olan meyl bucağının dəyişməsi qitə buzlaqlarının irəliləməsinə və geriləməsinə səbəb olub, bu da səkkiz buz dövrünün başlanğıcı və sonu ilə əlaqələndirilir.
Araşdırmanın rəhbəri, Kardiff Universitetinin Yer elmləri professoru Stiven Barker bu əlaqənin buz dövrlərinin formalaşmasında əsas rol oynadığını bildirib. Onun sözlərinə görə, növbəti buz dövrü təxminən 10 min il ərzində başlayacaq. Lakin bu proqnoz istixana qazlarının (xüsusilə CO₂) sürətli artımını nəzərə almır. Planetin temperaturunun davamlı yüksəlməsi buz dövrlərinin qarşısını ala bilər.
Buz dövrləri necə yaranır?
Buz dövrləri hər 100 min ildən bir baş verən dövrlərdir. Bu zaman Yer kürəsinin böyük hissəsi nəhəng buz qalxanları ilə örtülür və bu proses min illərlə davam edir. Hazırda Yer kürəsi daha isti, buzlararası dövrdədir və son buz dövrünün zirvə nöqtəsi təxminən 20 min il əvvəl baş verib.
Alimlər uzun müddət Yer kürəsinin Günəşə nisbətən meyl bucağının buz dövrlərinin yaranmasına təsir etdiyini düşünürdülər. 1920-ci illərdə serb alimi Milutin Milankoviç Yer oxunun meylinin və orbit formasının kiçik dəyişikliklərinin buz dövrlərinə səbəb ola biləcəyini irəli sürmüşdü.
Son 100 il ərzində bu nəzəriyyə elmi araşdırmalarla dəfələrlə yoxlanılıb. 1976-cı ildə aparılan bir araşdırmada, Yer oxunun meyli və onun fırlanma trayektoriyasındakı titrəmələrin buz qalxanlarının genişlənməsi və geriləməsinə təsir etdiyi sübut edilib. Lakin bu parametrlərin dəqiq rolu qeyri-müəyyən olaraq qalırdı.
Yeni araşdırmanın nəticələri
Professor Stiven Barker və onun komandası bu dəfə Yer kürəsinin meyl bucağı və buz qalxanlarının genişlənməsi arasında birbaşa əlaqəni müəyyən edə biliblər.
Hazırda Yer oxu Günəşə nisbətən 23,5 dərəcə meyl edir. Lakin bu meyl təxminən 41 min illik dövr ərzində dəyişir. Bundan əlavə, Yer oxunun titrəməsi (precessiya) Günəş enerjisinin ekvatorial bölgələrə yayılmasını hər 21 min ildən bir dəyişdirir.
Alimlər son 800 min il ərzində Yer oxunun meyl bucağında və precessiyada baş verən dəyişiklikləri qrafikə köçürüblər. Eyni zamanda, okean çöküntülərində qorunan mikroskopik orqanizmlərin (foraminlər) qalıqları əsasında buz qalxanlarının necə irəlilədiyini və geri çəkildiyini təhlil ediblər.
Bu nəticələr alimlər üçün gözlənilməz olub. Barker bunu belə izah edir:
"Biz inanılmaz bir uyğunluq tapdıq. Yer oxunun meylində və precessiyada baş verən dəyişikliklərin buz qalxanlarının formalaşmasına birbaşa təsir etdiyini aşkar etdik".
Buz qalxanlarının genişlənməsi əsasən Yer oxunun meylindən asılıdır. Buzların geri çəkilməsi isə precessiyadan daha çox təsirlənir.
Növbəti buz dövrü nə zaman olacaq?
Alimlər müəyyən ediblər ki, növbəti buz qalxanlarının genişlənməsi təxminən 10-11 min il sonra başlayacaq və bu proses 80-90 min il davam edəcək. Daha sonra buzların geri çəkilməsi 10 min il ərzində baş verəcək.
Lakin qlobal istiləşmə bu təbii dövrü poza bilər. Bir çox alimlər hesab edirlər ki, insan fəaliyyəti nəticəsində atmosferdəki CO₂ səviyyəsi artmaqda davam edərsə, Yer kürəsində yeni buz dövrü baş verməyə bilər.
Professor Stiven Barker bu barədə belə deyib:
"Əgər atmosferdəki CO₂ səviyyəsi yüksək qalarsa, yeni buz dövrü yaşanmayacaq".
Bu nəticələr buz dövrlərinin necə başladığını və bitdiyini anlamağa kömək etməklə yanaşı, qlobal istiləşmənin Yer kürəsinə uzunmüddətli təsirlərini daha yaxşı anlamağa imkan yaradır.
Aydın























































