Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Livan Baş naziri İsraili atəşkəsə çağırdı
İsrail ordusunun Bofor qalasını ələ keçirməsindən sonra Livanın Baş naziri Nəvaf Salam İsrailin bu hərbi addımlarını kəskin tənqid edərək təcili atəşkəsə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Livan hökumətinin rəhbəri Nəvaf Salam rəsmi bəyanatında bildirib ki, Livanın cənubunda davam edən hava və quru əməliyyatları təhlükəli eskalasiyaya səbəb olur və bölgədə sabitliyə ağır zərbə vurur.
Baş nazir İsrailin bu hücumlarını Livanın suverenliyinin pozulması ilə yanaşı, həm də ölkənin tarixini silmək cəhdi və dinc əhaliyə qarşı kollektiv cəza metodu adlandırıb:
“İsrail şəhər və qəsəbələri, oradakı bütün həyat vasitələrini tamamilə məhv etmək siyasəti yürüdür. Yaşayış məntəqələrindən dinc sakinlər kütləvi şəkildə köç etmək məcburiyyətində qalır. Bu, beynəlxalq normalara ziddir. Livan dövləti olaraq ölkəmizin başqalarının münaqişə meydanına çevrilməsinə icazə verməyəcəyik”.
Xatırladaq ki, rəsmi Beyrutun bu bəyanatı İsrail ordusunun Qolani və Givanti briqadalarının iştirakı ilə keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində Litani çayını keçərək XII əsrə aid tarixi Bofor qalasını nəzarətə götürməsi fonunda verilib. Bu, İsrail ordusunun son 26 ildə Livan ərazisinə ən dərin müdaxiləsi hesab olunur.























































