Xəbər Lenti
Dünən, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Dünən, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Dünən, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Dünən, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Dünən, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Dünən, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Dünən, 10:00
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Dünən, 09:15
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Dünən, 09:00
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
9-05-2026, 20:54
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 19:31
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 18:54
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
9-05-2026, 18:49
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
9-05-2026, 18:44
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
9-05-2026, 18:29
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 17:50
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
9-05-2026, 15:36
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
9-05-2026, 14:55
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
9-05-2026, 14:36
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
9-05-2026, 11:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Ölkənin xərçəng bəlası: Ondan xilas olmaq mümkündürmü?
(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb)
Xərçəng xəstəliyi Azərbaycanda daha geniş yayılmağa başlayıb və bir az da gəncləşib. Artıq adamlar bu xəstəliyin genetik olduğunu iddia edirlər. Onkoloqların bəziləri həqiqətən də bəzi xərçəng növlərinin nəsildən-nəslə ötürüldüyünü bildirir.
Bundan əlavə, az qala ölkəni bürüyən xəstəliyin müalicəsində istifadə olunan dərman preparatlarının qiyməti od tutub yanır. Hətta bəzi insanların imkanı olmadığından qısa zamanda xəstəliyə təslim olur.
Xərçəng xəstəliyinə tutulmamaq üçün insanlar nə etməlidir? Ümumiyyətlə, bu xəstəlikdən qorunmağın yolları varmı?
Farmakoloq, tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, xərçəng bu gün sağalması mümkün olmayan, məsələn, diabet, hipertoniya, parkinson və s. kimi genetik faktorlara aid olan xəstəliklərdəndir:

"Əgər bir neçə dönəm nəsildə xərçəng xəstəsi olubsa, xəstəliyin onların həyatında olması ehtimalı da kifayət qədər yüksəkdir. Amma insanlarda belə bir fikir var ki, əgər anası, qızı şəkərdirsə, deməli, onun nəvəsi də şəkər olacaq. Mən bu yanaşmanın əleyhinəyəm. Niyə? Xərçəng daxil, bu tip xəstəliklər insanların həyat şəraitindən çox asılıdır. Bu gün mənşəyi məlum olmayan xəstəliklərin əsas səbəbi hüceyrə səviyyəsində zədələnmələrin baş verməsidir. Hüceyrə səviyyəsində zədələnmələrin baş verməsi isə təxminən 6 faktordan asılıdır. Bu faktorların başında qidalanma dayanır. Yəni nə qədər keyfiyyətsiz qidalanırıqsa, yaxud da qida rasionu nə qədər ağırdırsa, o qədər bu hüceyrələrin zədələnmə ehtimalı böyükdür.
İkincisi, ekoloji faktordur. Nə qədər hava çirklidirsə, ətrafda dəm və karbon monoksid qazının həcmi yuxarıdırsa, yaxud havada radiasiya fonu kifayət qədər yuxarıdırsa, məsələn, Bakıda klassik neft emal edən şəhər kimi radiasiya fonu yuxarıdır, bu normaldır.
Üçüncüsü, dərman və kimyəvi zəhərlənmələr, qarasına qəbul olunan dərmanlar. Xüsusi ilə də son vaxtlar dəb olan və həkim nəzarəti olmayan, heç bir laborator analizlərə söykənməyən vitamin qəbulları. Kimyəvi zəhərlənmələrə ən çox mətbəxdə və gündəlik istifadədə olan kimyəvi reagentlərin, yəni şampun, paraşok, qabyuyucular və s.-lə təmas üçüncü faktor sayılır.
Dördüncü faktor viruslar və yolxucu xəstəliklərdir. Buna bütün növ virus və yolxucu xəstəliklər aiddir. Qriplərdən "Covid”ə qədər.
Beşinci faktor zərərli vərdişlərdir. Hansı ki, bura siqaret, alkoqollu içkilər və narkotik qəbulu aiddir. Altıncı faktor və mənim şəxsən birinci hesab etdiyim faktor stresdir. Bura daxildir - əsəb, nevroloji gərginlik, psixoloji durum və depressiya və s. Bu 6 faktor orqanizmdə sərbəst radikallar yaradır. Sərbəst radikalların əsas xüsusiyyəti orqanizmdə olan sağlam hüseyrələrə yapışmaq və onların elektronlarını götürməkdir”.
Müşfiq Hüseynov əlavə edib ki, nəticədə sağlam hüceyrələr elektronlarını itirərək, sərbəst radikallara çevrilirlər:
"Bu zaman sərbəst radikal öz keyfiyətlərini saxlayır, demək ki, həndəsi silsilə ilə çoxalır. Orqanizmə daxil olan sərbəst radikallar hüceyrələrə yapışmaq və onlardan elektronlarını götürməklə çoxalmağa başlayır. Buna da xalq arasında elmi dildə metastaz deyirlər. Metastaz təkcə xərçəng hüceyrəsinin yayılması deyil, eyni zamanda hər hansı bir orqanın, hər hansı hüceyrəsinin zədələnməsi və yanındakı hüceyrələrin artaraq bu xəstəliyin, yaxud da bu formanın genişlənməsidir. Məsələn, mədə xərçəngini götürsək, insan bu xəstəliyə tutulmamışdan öncə uzun bir yol keçir. Əvvəlcə mədənin hər hansı bir hüceyrəsi zədələnir və sonra bu qızartı formasına keçir. Ardınca mədənin xorası yaranır və sonuncu mərhələ xərçəngə gətirir”.
Bundan qorunmaq mümkündürmü?
Ekspert istəlinən xərçəng xəstəliyindən qorunmağın mümkünlüyünü vurğulayıb:
"Bunun üçün kompleks tədbirlər lazımdır. Bəs bu tədbirlərə nələr daxildir? Birincisi, yuxarıda saydığım 6 faktordan mümkün qədər qorunmaq. Normal və sağlam qidalanmaq şərtdir. İkincisi isə metabolizmə diqqət etmək lazımdır. Yəni, aktiv həyat tərzi, idman, fiziki güclənmələr, həkim nəzarəti olmadan dərman qəbulunu dayandırmaq, stresdən uzaq olmaq, viruslardan qorunmaq, mətbəxtdə qoruyucu vasitələrdən, məsələn, əlcəklərdən istifadə etmək vacibdir. İstirahət şərtdir. Bunların hər birinə əməl etməklə sərbəst radikalladan qoruna bilərsiniz. Bu yetərlidirmi? Yetərli deyil. Sərbəst radikalların hər birini bu şərtlərə əməl etməklə neytallaşdırmaq qeyri-mümkündür. Bəs, nə edək? Dünyada qəbul olunmuş qayda sağlam və keyfiyyətli qidalanmaqdır. Gəlin görək bu gün bizim yediyimiz meyvə-tərəvəzdə bizə lazım olan xeyirli vasitələrin, yaxud da molekulların sayı yetərlidirmi? Biz onlardan tam olaraq yararlana bilmirik. Məsələn, bu gün təbiətin bizə verdiyi ən güclü antioksidantlardan, xərçəng hüceyrələrinə qarşı mübarizə aparan sərbəst radikalları neytrallaşdıran molekullardan biri nardır. Biz kifayət qədər nar yeyə bilirikmi? Əlavə qida əlavələrini qəbul etməliyik. Bunlar hamısı olduqda həm genetik faktorla mübarizə aparırıq, həm də alınması qaçılmaz olan sərbəst radikallarla. Bunların hər biri bizi xərçəngdən qoruyur”.
Xərçəng xəstəliyinin geçikmiş, yəni 3-cü, 4-cü dərəcəsinə gəlincə, ekspert bu mərhələdə prosesin çətinləşdiyini qeyd edib:
"Bunun da ana səbəbi xəstəliyin müalicəsində qəbul olunan dərman vasitələrinin çox baha olmasıdır. Bu da dünyada yayılmış vasitədir. Bu gün dünyada xərçəngə qarşı istifadə olunan dərman vasitələri çox bahadır. Biz bunun istehsalçısı deyilik və resusları da yoxdur. Bu tip dərmanların qiymətinin bahalığı ilə ya mübarizə aparmalıyıq, ya da barışmalıyıq. Dövlətin xərçəng xəstələrini sosial tibbi sığortaya daxil etməsindən söhbət gedir. Bu məsələ artıq dövlətə aiddir”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.























































