Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev: "20 Yanvar – qanlı və şanlı tariximiz".
Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov - Heydər Əliyev İrsinə və İlham Əliyevin Siyasətinə Sadiqlik
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov: "DÖVLƏTƏ SƏDAQƏT ANDI"
Erkən nikah və qohumlar arasında nikah Azərbaycanda aktual ailə problemlərindən biridir
Ailə milli – mənəvi dəyərlərin təcəssümü,daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb bə bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
Ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir. Biz bu gün erkən nikahların və məişət zorakılığının fəsadlarını-nəticələrini boşanmaların və intihar hallarının artması səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işlərinin böyük əhəmiyyəti vardır. Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövlət tərəfindən indiyədək bir sıra addımlar atılıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohumlar arasında nikaha icazə verilməməsi də bunun bariz ifadəsidir.
2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklikdə nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı təqdim etmələri, yəni icbari tibbi müayinədən keçmələri qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla da nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına əlverişli şərait yaradılır. Bu istiqamətdə aparılan işlərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il iyunun 23-də “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydada erkən nikahın və qohumlar arasında nikahın izahı verilib. Sənəddə qeyd olunduğu kimi, qohum nikahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nigahın pozulması, nigahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik də edilib. Qanun layihəsi Milli Məclisin 2024-cü il iyunun 21-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb.
Erkən nikahın və qohumlar arasında nigahın mənfi nəticələrinə dair maarifləndirmə işinin daha məqsədyönlü şəkildə aparılması bu gün cəmiyyətimiz üçün daha zəruridir. Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nigahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Bu da bir sıra hallarda erkən nigahlara yol açır. Dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır.
Bu gün erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılır. Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir. Qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar. Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər.
Rayon və kənd yerlərində qohum nikahlarının fəsadları ilə bağlı maarifləndirmə işlərinə daha çox ehtiyac vardır. Ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Birmənalı olaraq hər birimiz erkən nikahın əleyhinəyik. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır.
Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bu gün qurulan ailələrə etibar edirik. Sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil, cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır. erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir.
Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir. Bu gün erkən nikahların və qohumluq nigahlarının fəsadları kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işlərinin böyük əhəmiyyəti vardır.
Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat idarəsinin rəisi