İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
RİNN bu qurumda rəqəmsallaşma səviyyəsini qiymətləndirdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb.
“Qafqazinfo” xəbər verir ki, diaqnostika Azərbaycan Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədilə aparılıb.
Həyata keçirilmiş diaqnostikanın nəticələri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə keçirilmiş görüşdə təqdim edilib.
Diaqnostika strategiya, xidmətlər, texniki-texnoloji infrastruktur və əməliyyat modelləri olmaqla dörd əsas istiqaməti əhatə edib.
Diaqnostika nəticələrinə əsasən, KTN-də rəqəmsallaşma təşəbbüslərini əhatə edən strategiya sənədilərinin hazırlandığı və vahid strateji çərçivə kimi rəsmiləşdirildiyi, eləcə də nazirlikdə rəqəmsallaşma sahəsində ümumi məlumatlılıq və mədəniyyət formalaşdırıldığı bildirilir.
Aparılan qiymətləndirmə nəticələrinə görə prioritet xidmətlərin rəqəmsallaşdırılması təmin edilib və digər xidmətlərin rəqəmsallaşdırılması prosesi davam etdirilir. Nazirlik tərəfindən təqdim edilən rəqəmsal xidmətlərin təxminən 90%-i Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunub, xidmətlərin 70-80%-i isə “Yonca” mobil tətbiqi vasitəsilə vətəndaşlara təqdim edilir.
Texniki-texnoloji sahədə qiymətləndirmə göstərib ki, nazirliyin əsas informasiya sistemi kimi Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) fəaliyyət göstərir və digər informasiya sistemlərinin EKTİS-in altsistemi qismində vahid arxitekturaya inteqrasiyası üzrə işlərə başlanılıb. EKTİS və süni intellekt pilot layihələri çərçivəsində məlumat əsaslı qərarvermə prosesi təşkil edilib. Süni intellekt və analitik imkanlar üzrə tədbirlər planı hazırlanıb və müxtəlif tətbiqlər (Bitki növləri xəritəsi, Torpaq xəritəsi, Bitki sağlamlığına nəzarət, Bitki məhsuldarlığının proqnozu) pilot mərhələsindədir. Nazirlik tərəfindən açıq məlumatlar “Agro Data” və Açıq Məlumatlar portalı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bununla yanaşı, informasiya ehtiyat və sistemlərinin “Hökumət Buludu”na tam şəkildə keçidi ilə bağlı planlaşdırma və hazırlıq işləri davam edir.
Əməliyyat sahəsində aparılan qiymətləndirmə zamanı müəyyən edilib ki, KTN əməkdaşları rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlimat sənədləri ilə təmin olunur. Eyni zamanda, rəqəmsal xidmətlərin və informasiya sistemlərinin formalaşdırılmasından əvvəl zəruri hüquqi prosedurlar təmin edilir.
Görüş çərçivəsində 2025-2027-ci illəri əhatə edən 3 illik “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiqlənib. Yol Xəritəsi kənd təsərrüfatı sektorunda rəqəmsal dayanıqlılığın təmin edilməsinə, süni intellekt layihələrinin genişləndirilməsinə, mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsinə, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına, rəqəmsallaşma üzrə peşəkar komandanın formalaşdırılmasına və müasir texnologiyalara əsaslanan informasiya sistemlərinin inkişafına xidmət edəcək.





















































