Xəbər Lenti
Dünən, 17:24
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
13-12-2025, 14:58
Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
12-12-2025, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
12-12-2025, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
12-12-2025, 11:24
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
12-12-2025, 10:25
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
12-12-2025, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
11-12-2025, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
11-12-2025, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
11-12-2025, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Avropanın Ukrayna ilə bağlı sülh planı: 24 maddə - TAM MƏTN
ABŞ Ukraynadakı müharibəni bitirmək üçün özünün 28 bəndlik planını təqdim etdikdən sonra (Rusiyanın maraqları daha çox nəzərə alındığına görə tənqid olunmuşdu-red.) Avropa ölkələri sənədin öz əks-variantını hazırlayıb.
Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, Avropa planı ABŞ-ın təklifindən ciddi şəkildə fərqlənir və bir çox məqamlarda Ukrayna üçün daha əlverişlidir.
Amerikalıların təklifləri böyük ərazilərin Rusiyaya verilməsini, Ukrayna ordusunun sayının azaldılmasını və NATO qoşunlarının Ukrayna ərazisində olmasının qadağan edilməsini nəzərdə tutduğu üçün geniş tənqid olunub.
Avropa və ABŞ sənədləri arasındakı əsas fərqlərdən biri:
Avropa planında Ukrayna Silahlı Qüvvələrinin sayına heç bir məhdudiyyət qoyulmaması tələb olunur.
Avropa planının 24 bəndi:
1.Müharibənin başa çatdırılması və onun təkrarlanmamasını təmin edən tədbirlər – uzunmüddətli sülh və təhlükəsizlik üçün davamlı əsas yaratmaq məqsədilə hər iki tərəf havada, quruda və dənizdə tam və şərtsiz atəşkəsə razı olur.
2.ABŞ və Avropa ölkələrinin iştirakı ilə atəşkəsin monitorinqinə dair texniki danışıqlar dərhal başlayır.
3.Atəşkəsin beynəlxalq monitorinqi ABŞ və Ukraynanın tərəfdaşları rəhbərliyi altında həyata keçirilir; əsasən peyklər, pilotsuz uçuş aparatları və digər texnologiyalar vasitəsilə məsafədən müşahidə, zərurət olduqda isə yerüstü qrupların mexanizmi tətbiq olunur.
4.Atəşkəs pozuntularına dair məlumatların verilməsi, araşdırılması və düzəldici tədbirlərin müzakirəsi üçün mexanizm yaradılır.
5.Rusiya bütün deportasiya olunmuş və qanunsuz aparılmış Ukrayna uşaqlarını qeyd-şərtsiz qaytarır. Bu proses beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçirilir.
6.Tərəflər bütün hərbi əsirləri "hamını hamıya” prinsipi ilə dəyişdirir. Rusiya bütün saxlanılan mülki vətəndaşları azad edir.
7.Atəşkəsin sabitliyi təsdiqləndikdən sonra humanitar addımlar atılır – o cümlədən təmas xətti boyunca ailə görüşlərinin keçirilməsinə icazə verilir.
8.Ukraynanın suverenliyi qorunur və yenidən təsdiqlənir. Ukraynaya neytral status qəbul etdirmək olmaz.
9.Ukrayna gələcək aqressiyanın qarşısını almaq üçün ABŞ da daxil olmaqla, hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatları alır – NATO-nun 5-ci maddəsinə bənzər.
10.Ukrayna Silahlı Qüvvələrinə və müdafiə sənayesinə, beynəlxalq əməkdaşlıq da daxil olmaqla, heç bir məhdudiyyət qoyulmur.
11.Təhlükəsizlik zəmanətçiləri Avropa ölkələri və Avropa xaricində qoşulmağa hazır olan dövlətlərdən ibarət xüsusi qrup şəklində formalaşdırılır.
12.Ukrayna dost qüvvələrin ölkəyə dəvət edilməsi, onların silahlanması və əməliyyatları barədə qərarı özü verir.
13.Ukraynanın NATO üzvlüyü Alyans daxilində konsensusdan asılıdır.
14.Ukrayna Avropa İttifaqına üzv olur.
15.Ukrayna, Qeyri-Törəmə üzrə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində nüvə silahından azad dövlət statusunu saxlayır.
16.Ərazi məsələləri tam və şərtsiz atəşkəsdən sonra müzakirə edilir və həll olunur.
17.Ərazi danışıqları mövcud nəzarət xəttini nəzərə almaqla başlayır.
18.Razılıq əldə edildikdən sonra tərəflər bu razılaşmaları güc yolu ilə dəyişməmək öhdəliyi götürür.
19.Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES-ə, həmçinin Kaxovka bəndinə nəzarəti bərpa edir. Nəzarətin ötürülməsi üçün mexanizm yaradılacaq.
20.Ukrayna Dnepr çayı boyunca maneəsiz hərəkət edir və Kınburn qumadasına nəzarəti ələ keçirir.
21.Ukrayna və tərəfdaşları məhdudiyyətsiz iqtisadi əməkdaşlıq aparır.
22.Ukrayna tam bərpa olunur və maliyyə kompensasiyası alır; Rusiya dövlət aktivləri Moskva zərəri ödəyənə qədər dondurulmuş qalır.
23.Rusiyaya 2014-cü ildən tətbiq olunan sanksiyalar yalnız davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər — razılaşmanın pozulması halında isə avtomatik bərpa olunacaq.
24.ATƏT ölkələrinin iştirakı ilə Avropanın təhlükəsizlik arxitekturası üzrə ayrıca danışıqlara start veriləcək.
Aydın























































