Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim– “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Şəfəq Ağacan- "Desəm öldürərlər,deməsəm ölləm məsəli..."
Bu məmləkətdə yaşamaq cəhənnəm əzabından başqa bir şey deyil. Eşitdiklərin, gördüklərin hamısı yalan və saxta. İçim özümü yandırır, elə ki, yazıram çölüm də özgəni. Axı, biz kimik? Hara gedirik? Hər gün, günün 24 saatı telekanalizasiyaların efirlərində mənəviyyatı korlayan, beyinləri zəhərləyən, eyni sözləri eşidib verilişlərə baxırsan. Vətənpərvərlik, mübarizlik və milli ruh hissləri öldürülür. Yeniyetmə və gənclər şou biznes əhlinin səviyyəsində yetişdirilir. Hərdən özümə sual edirəm. Görəsən bizlər nədən qurtulmuşuq? Torpaqlarımızın 20%-i erməni işğalından azad olundu çox şükür,80 % isə yerli icra başçılarının inhisarında. İşsizlik baş alıb gedir. Camaat kasıbçılıq içində çabalayır. İqtisadi, siyasi, sərbəst toplaşmaq kimi azadlıqlar yox. Başqa ölkələrdən fərqli olaraq bizlər hələ də sovetlər dövrünün eybəcər streotiplərindən xilas ola bilməmişik. Şəxsiyyətə pərəstiş, rəzillik, yaltaqlıq və pula sitayiş ictimai şura hakim kəsdirilib. Çirkin əməllərini ört-basdır etmək üçün müstəqil mətbuat sıradan çıxarılır. Azad fikirli, sağlam düşüncəli yazarlar söyülür,döyülür və şərlənərək həbsxanaya salınır. Sonradan utanıb çəkinmədən azad mətbuatdan, demokratiyadan və hüquqdan dəm vururlar
P.S.Desəm öldürərlər,deməsəm ölləm məsəli...
Şəfəq Ağacan























































