Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Saatlı RMX-nın şöbə müdirinin diplomu saxtadır?. İddia!
Hər bir saxta diplomun arxasında cinayət əməli dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanını vəzifəyə təyin edirsə məsuliyyətə cəlb oluna bilər.
Hazırda diplomun saxta olub-olmaması haqqında DİM-də baza var. Bu baza yaradılana qədər isə nə qədər saxta diplomu olan şəxslər işlə təmin olunmuşdular. Qanunvericiliyin tələblərinə uyğun olaraq saxta diplomun əldə olunması, saxtalaşdırılması və istifadə olunması cinayət məsuliyyətinə səbəbdir. Həm bu diplomu verən həm də onu əldə edən məsuliyyət daşıyır.
Ötən gün Turkdunyasi.az-ın qaynar xətt nömrəsinə Saatlı RMX-nın Pediatr həkimi Asif Əzizov zəng edərək iddia edir ki, xəstəxananın şöbə müdiri Əliyev Qoşqar İlqar oğlunun diplomu saxtadır. Asif həkim onuda bildirir ki, bu barədə aidiyyəti qurumlara müraciət etsə də lakin şikayəti cavabsız qalıb.
Məlumata görə, şöbə müdiri Qoşqar Əliyevin diplomunun saxta olması barədə baş həkimində məlumat var. Bəs maraqlıdır görəsən saxta diplomlu şöbə müdiri haqqında niyə görə baş həkim və ya direktoru qanuna uyğun tədbir görmür? Yoxsa unudublar ki, ölkə mətbuatında neçə neçə tanınmış Estetik həkimlərin, o cümlədən cərrahların saxta diplomla çalışmaları ifşa olundu və barələrində Baş prokurorluqda araşdırma başladılıb. Əlbəttə ki, bu halın varlığı insan həyatını təhlükəyə atmaqla yanaşı peşəkar həkimlərin peşəkarlığını şübhə altına alıb kölgə salmaqdan başqa bir şey deyil. Təəssüf ki, bu barədə dəfələrlə yerli mətbuatda yazılar dərc olunsa da hələ də bəzi işbazlar müxtəlif yollarla saxta diplomlar əldə edib müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Heç kimə sirr deyil ki, AR-CM-nin 320 ci maddəsinə əsasən bu hal cinayət məsuliyyəti yaradır. Ümid edirik ki, aidiyyəti qurumlar Qoşqar Əliyevin diplomunun saxta olub olmaması barədə araşdırma aparıb ictimaiyyətə açıqlama verəcəklər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
.Mövzunu diqqətdə saxlayacağıq.
turkdunyasi.az






















































