Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
DİQQƏT: Azərbaycanda vətəndaşlara saxta əsginaslar verilib - AÇIQLAMA
Azərbaycanda saxta əsginaslar yayılıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan sakin ailə üzvünün bu hal ilə taksidə rastlaşdığını iddia edib. O bildirib ki, Salyan rayonundan Bakıya taksi ilə gələn vətəndaş ödəniş edərkən taksi sürücüsü ona iki ədəd saxta 20 manatlıq əsginas verib. Hava qaranlıq olduğu üçün sərnişin əsginasın saxta olduğunu görməyib.
Daha bir fakt isə Siyəzən rayonunda qeydə alınıb. Belə ki, iddialara görə, rayonda bir nəfər mağazalara girərək saxta 50 və 100 dollarla alış-veriş edib. Məlumata görə, Siyəzəndə iki mağaza sahibi ziyan görüb.
Bu pullar necə meydana çıxıb? İnsanlara dəymiş ziyanı kim qarşılayacaq?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə saxta əsginaslarla bağlı yayılan görüntülər hazırda araşdırılır:
“Vətəndaşlar tərəfindən saxta pul nişanları ilə bağlı daxil olan müraciətlərə əsasən polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə zəruri tədbirlər həyata keçirir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Könül Cəfərli























































