TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Emin Əmrullayev: “Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək”
“Azərbaycanda ibtidai sinif müəllimlərinin əksəriyyəti orta ixtisas təhsili alıb”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanında da ən zəif nəticə göstərən orta ixtisas təhsili alan şəxslərdir:
“Elə imtahanda 0-29 bal toplayanlarda orada təhsil alanlardır. İbtidai sinif müəllimlərin sertifikasiya imtahanında 0-29 bal toplayanların təxminən 20 faizi ali təhsillidir. Ağcabədi Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 56 faizi, Gəncə Humanitar Kollecinin diplomu ilə işləyənlərin 52 faizi, Astara Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 49 faizi imtahandan kəsilib. Bəzi texnikumlarda oxuyanlar da var ki, indi o müəssisələr fəaliyyət göstərmir. Yaxşı ki, zamanında bağlanıb”.
O qeyd edib ki, Azərbaycanda 20-25 il əvvəl məktəblərə işə götürmədə səhvlər olub:
“Nəticələrini yaşayırıq. İndi onu işə götürən, diplom verən həyatda yoxdur. Saxta diplom alıb, işə düzələnlərin nəticəsini şagirdlər çəkiblər. Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək. Bunu edənlər və alanlar qınanmalıdır”.
İlhamə Əbülfət






















































