Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

25 Noyabr 2025 11:32Manşet / Gündəm / Sosial

Uşaqlar Uşaq Hüquqları Günündə “De Fendo” Bürosunun Qonağı Oldu

 

ARHD.az xəbər verir ki, 20 noyabr- Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.


Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir. Məhz buna görə, “De Fendo” Bürosunun yerləşdiyi ərazidə fəaliyyət göstərən uşağ bağçasında tərbiyyə alan bir qrup uşaq müəllim heyəti ilə birlikdə “De Fendo” Vəkil Bürosunun qonağı olmuşlar. Tədbir zamanı uşaqlar büro ilə tanış olmuş, onlara hüquqları və eləcə də vəkillik fəaliyyəti haqqında qısa məlumat verilmişdir. Tədbirin sonunda xatirə fotoları çəkilmiş və uşaqlara hədiyyələr təqdim edilmişdir.