Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
MƏRDAN SEYİDBƏYLİ – 55
Ömür təqviminizin 55-ci ili gözünüzə - könlünüzə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli Mərdan bəy! Sizin bu mərhələyə qədər olan həyat yolunuz zəhmət, dürüstlük və xeyirxahlıqla yoğrulmuş bir örnəkdir.
Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri kimi göstərdiyiniz fədakarlıq, insanlara sevgi ilə yanaşmanız və bölgənin inkişafı üçün sərf etdiyiniz səylər xüsusi olaraq təqdirəlayiqdir. Hər bir təşəbbüsünüz cəmiyyətimiz üçün dəyər, insanlar üçün ümid qaynağıdır.
Bu əlamətdar yaşınız Sizə sağlamlıq, ruzi-bərəkət, daha böyük nailiyyətlər və qəlbinizdən keçən bütün gözəl niyyətlərin gerçəkləşməsini gətirsin.
Qayən - işıq xisləti,
Sözün əməl - ziyadı
Sevdin xaliq, xilqəti,
Bu ki elə əyandı...
Çeşmə - bulaq qaynağı,
Suyun çəkib əzələ.
Əsil-nəsil sorağın
Düşüb bax dildən-dilə...
Ömür - çiçək arzular,
Olsun barlı-bəhrəli .
Tanrı sənə özü yar,
Yaşdan-yaşa irəli!..
✍️ Tapdıq ƏLİBƏYLİ























































