Menu
Xəbər Lenti
Güclü külək əsir
Bugün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Bugün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:12

Prezident Çinə getdi

04 Sentyabr 2025 16:48Manşet / Gündəm

Doğum günün mübarək hörmətli, dəyərli Hicran bacım!

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı, dəyərli psixoloq, əziz bacım, gözəl insan Hicran Həmzəqızının sentyabrın 7-də ad günü, şad günü, özəl günü-doğum günüdür. O, uzun müddətdir psixologiya sahəsi ilə məşğuldur. Bir neçə kitab müəllifidir.

Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir.
Hicran xanım! Bu illərin sınağından keçərək növbəti ad gününü keçirirsən. Sənə cansağlığı, uzun ömür, xoşbəxtlik, sağlam həyat, ailə səadəti arzulayıram. Müdriklərdən biri deyib ki, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desəm, səhv etmərəm. Dəyərli bacım Hicran Həmzəqızı da yaşının bu çağında yenə də ayaqdadır. Vətənə, xalqına, insanlara ləyaqətlə xidmətdədir. Onun həyatı bir çox gənc kadrlara nümunə, örnəkdir.
Elə ilk gündən mən Hicran xanımı belə tanımışam: işgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli. Açıq etiraf edim ki, ötən illər ərzində Hicran xanım heç kimi özündən incitməmişdir, əksinə, xoş və səmimi rəftarı, şirin dili ilə hər kəsdə doğmalıq münasibəti yaratmışdır. Təbii ki, bu xarakter onun mənəvi dəyəridir. Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bax bu baxımdan Hicran Həmzəqızı xoşbəxt insandır. Ona görə ki, qəlbi, hissiyyatı, mənəvi aləmi sağlamdır. Ona görə ki, dostlara, yaxınlara qarşı çox həssas və diqqətcildir. Və bir də ona görə ki o, sözünə də, işinə də sadiq insandır. Bu keyfiyyətlər bir toplu halında birləşəndə ortada çox maraqlı bir insan obrazı yaranır.
Həyat hər kəsə bir ömür yazısı nəsib edir. Tanrı Hicran xanıma da sədaqətli ömür yolu, kamillik çağı bəxş edib. O, bu yolu üzüağ, alnıaçıq yaşaya bilib. Mənə bacı qədər əziz olan Hicran xanım əvəzolunmaz insandır. Ondan həmişə nəcib münasibət görmüşəm.
Hicran xanım əsl vətənpərvərdir. Xalqını, vətənini və dövlətini ürəkdən sevən bir insandır. Onun bu insani keyfiyyəti peşəsində də əksini tapır. Bir insan kimi çox ciddi, təmkinli, ilk baxışdan ağır təbiətli görünsə də, dostcanlı, yumor hissi olan, söhbətcil və çox da mehribandır Hicran Həmzəqızı.
Deyirlər, hər bir insanın müsbət və mənfi aurası olur. Bunu psixoloqlar da sübut edib. İnsan var ki, ağzını açıb danışanda onunla söhbət etdiyinə peşman olursan. Nə ki, mənfi enerjisi var ötürür sənə. İnsan da var ki, onu görəndə bütün dərd-sərin, problemlərin yadından çıxır. Mübaliğəsiz və tam səmimi deyim ki, Hicran xanımı tanıyandan sonra, onunla hər dəfə həmsöhbət olduqda, necə müsbət auraya malik insan, müsbət auralı psixoloq olduğunun şahidi oldum. Yəqin ki, onu yaxından tanıyanlar, onun qəbulunda olan pasientlər də mənim dediklərimi təsdiq edərlər.
Bir gün Sokratdan soruşurlar:
“İnsanda ən çox nəyi qiymətləndirirsən?”-Filosof tərəddüd etmədən cavab verir:
“İnsaniyyəti”.
Həqiqətən, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsub olmur. Bundan ötrü gərək ətrafdakılara yaxşılıq etmək, qayğı, xeyirxahlıq, mərhəmətlik göstərmək və digər keyfiyyətlərə sahib olasan. Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Güclü iradəyə malik insanlar hər bir çətinliyin öhdəsindən məharətlə gəlməyi bacarırlar. Hicran xanım, sən yaşının kamillik, müdriklik çağını yaşındasan. . Sənin ömür karvanının yükü hamının könlünü oxşayan xeyirxah əməllərindir. Sadəlik, düzgünlük və əxlaqi saflıq sənin həyat fəlsəfənin məhək daşıdır.
Bir daha səni doğum günün münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm.
Əhvalında qoy hər zaman bahar təravəti sezilsin, yaz nəfəsi duyulsun! Uca Tanrının qüdrətli nəfəsilə sehrlənmiş bu nazlı aləmdə xoş duyğuların, sevinc dolu anların, könlünü və ruhunu oxşayası bir ömrün əhatəsində həm gözəl çarpışıb, həm də gözəl yaşayasan...
Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasan. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu, amma yorğun bir il daha ötüb keçir həyatından. Ad günün mübarək olsun dəyərli Hicran xanım. Arzu edirəm yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasan.
Sən yaşlandıqca ucalan, illərin üst-üstə gəlməsinə baxmayaraq daim gənclik enerjisi ilə çalışan, gənc nəslə bir nümunə, hər kəsin sevimlisi və fəxr etdiyi bir şəxsiyyət və ziyalısan. Sevdiklərinlə, ailənlə gözəl, sağlam, rəngarəng günlər keçirəcəyin illərin, günlərin sayı çox olsun. Sən o insanlardansan ki, daima xalqa xidmət göstərən, psixoloq peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansan. Böyük ürəyə sahib gözəl dost, yaxşı ailə başçısı, yaxşı dinləyici, sirdaşsan. Sağlam, xoşbəxt, gözəlliklərlə dolu illər arzusu ilə...
Canın sağlam, ruhun hər zaman cavan, çöhrənin gümrah işığının və nurunun daim varlığını sidq-ürəklə diləyirəm!..
Şərəfli ömrünün zəhmət xalısının naxışları yaşın hər artdıqca, ömrünün üstünə hər keçən gün gəldikcə daim çoxalsın!..Uğurların bol, canın sağlam, həyat yollarınız işıqlı olsun!

Sənə müraciət edən pasientlərə, çevrəndəki insanlara hər zaman ilham verir və onları hər zaman dəstəkləyib doğru yönləndirsən. Uca Allahımız səni Vətənimizin, millətimizin üzərindən əksik etməsin!.. Ömrün bahar çiçəkləri kimi təravətli olsun.
Səni bir daha ürəkdən təbrik edir, dərin istək və ehtiramımı bildirirəm! Ən gözəl günlər, işlərində tərəqqi və can sağlığı arzulayıram! Vicdani saflıq, kamillik, düzlük, halallıq, Vətən üçün fədakarcasına çalışmaq yollarında daha böyük uğurlar Sənin olsun! Qoy ömrünün hər gələn yaşı Səni sevənlərə, ailənə böyük sevinc, xöşbəxtlik və uğur gətirsin! Uca Tanrıdan möhkəm can sağlığı, uzun və mənalı ömür, yüksək yaradıcılıq imkanları, həyat və fəaliyyətində əlçatmaz uğurlar arzulayıram! İnanıram ki, hələ uzun illər enerji ilə çalışacaq, xalqımıza şərəflə, halallıqla xidmət etməyə davam edəcəksən. Hər anın sevinc dolu olsun, əziz dost, dəyərli insan! Uca Tanrıdan sənə möhkəm can sağlığı, könül xoşluğu diləyirəm! Allah bütün arzularına qovuşdursun səni! 70-ində, 80-ində, 90-ında, 100-ündə görüşmək arzusuyla” Ömrün çiçək qədər qədər təravətli, lakin solmaz, əbədi olsun, əziz dostumuz!
İllər nə tez gəlib keçdi. Hər halda, mənalı bir ömürdü. Sözlə, gözəlliklərlə, sevgi ilə, qayğı ilə dolu ömür... Bu maraqlı, rəngarəng, müxtəlif rənglərlə dolu həyatında sənə bol-bol yaradıcılıq uğurları arzu edirəm.
Bu həyatın enişli-yoxuşlu yollarında sənə səbir, dözüm, qüvvət, maraqlı və mənalı illər arzulayıram.
Hələ uzun bir yol var irəlidə. Bəlkə keçdiyin qədər bir yol, bəlkə daha uzun bir yol...
Sənə bundan sonrakı ömür yolunda yeni-yeni nailiyyətlər diləyilə...

Doğum günün mübarəkdir əziz bacım.
Nə arzun var ürəyində çin olsun.
Həyat yolun boranlara düşməsin,
Başın üstə daim nurlu gün olsun.

Arzumdur ki, nə vaxt baxsan görəsən
Dörd tərəfin gül-çiçəkdir, Hicran bacım.
Təbrik edib söyləyirəm ürəkdən,
Doğum günün mübarəkdir Hicran bacım.

Dərin hörmətlə,
Şamil Cəfər
AYB və AJB-nin üzvü,
“Qızıl Qələm” mükafatçısı