Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Bu gün Bəstəkar, şairə kulturoloq Sevinc Mansurovanın özəl günüdür
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur.
Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, bəstəkar, şairə, kulturoloq, Sevinc Akif qızı Mansurovadır. Əlbəttə ki, Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Sevinc xanım əsl ziyalı, əsl elm adamıdır. Bəli, Onun saf su kimi qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Sevinc xanım bütün varlığı ilə Vətənə bağlı bəstəkar, şairədir. Bəli bu gün haqqında bəhs etdiyimiz dəyərli insan, qayğıkeş ana, bəstəkar, şairə, kulturoloq, şəhid bacısı Sevinc Akif qızı Mansurovanın doğum günüdür. Bizdə "Turkdunyasi".az informasiya portalının bütün yaradıcı kollektivi adından, çox hörmətli, dəyərli bəstəkar, şairə, kulturoloq Sevinc xanım səmimi qəlbdən təbrik edir, ona uzun ömür möhkəm cansağlığı arzulayırıq. Doğum gününüz mübarək!























































