Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
70 illiyiniz mübarək, əzizimiz Tofiq həkim
Dəyərli, sadə, səmimi, hamının sevimlisi Tofiq həkim. Sizi 7 iyun 70 illik yubileyiniz münasibətilə kollektivimiz adından ürəkdən təbrik edirik. İnsana zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə qazanılır. Tofiq həkim də adı çəkiləndə nurani bir insan canlanır gözlərimiz qarşısında. Tofiq həkim 70 illik ömür kitabının hər səhifəsi xeyirxah, nəcib əməllərlə doludur. Ailəsi, övladları, nəvələri onun ən böyük sərvətidir. Nəvələri ətrafına yığılanda bütün yorğunluğunu bir anda unudur. Mənim fikrimcə yaxşı insanlar o insanlardır ki, düşüncə tərzləri hümanizmə və ləyaqətlə söykənir. Tofiq həkim də fədakar, vicdanlı, dürüst insandır. Müsbət insani xüsusiyyətləri özündə cəm edib. Həyatda o insan xoşbəxtdir ki, o tək deyil. Sizin ətrafınızda gözəl ailəniz, övladlarınız, nəvələr, dostlar, qohumlar var. Sizi hər kəs sevir, hörmət edirlər. Bu da Allahın sizə bəxş etdiyi nemət, sərvətdir. Siz sözün əsl mənasında ağsaqqalsınız. Bunu təkcə bəyaz saçlarınız olduğuna görə demirəm. Siz ağsaqqal adını qazanıb, haqq etmisiniz. Nurlu simanız, səliqəli geyiminiz, insanı ovsunlayan şirin söhbətləriniz və şən zarafatlarınızlsa hər kəsin dərin rəğbətini qazanmısınız. Kiçiklə kiçik, böyüklə böyük olan Xanlar dayı ilə həmsöhbət olmaq insana sözün əsl mənasında zövq verir, olduğu yerdə elə bir mühit yaradır ki, insan özünü sərbəst hiss edir. Getdiyi, gəzdiyi yerə öz müdrikliyindən, səmimiliyindən, həyat təcrübələrindən, xoş zarafatlarından pay aparır. Bəzən canı ağrısa da bunu hər kəsdən gizlətməyə çalışır, hətta belə məqamlarda da başqalarının üzünü güldürməyi bacarır. Tanıyanlar bilir ki, Tofiq həkim hər an qamətini dik tutmağı, səbirli, təmkinli olmağı bacarır, yeri gəldikcə, gözəl sözlərini, mənəvi dəstəyini sevdiklərindən əsirgəmir. Tofiq həkim zəhmətkeş ailə başçısı-Atadır. Ürəyi həlim və yumşaq olan, zərrə qədər kimsənin ruhunu incitməyən, öz giley-güzarını heç kəsin qəlbinə toxunmadan zarafatla çatdıran bu müdrik ağsaqqal bu gün də gənclik həvəsi ilə yaşayır. Xoşbəxt o insandır ki, ona bəxş edilmiş ömrü şərəflə yaşasın, özündən arxaya boylananda əbədi yerə yaşamadığını görə, dərk edə bilsin, həyatını bəzəyəcək gözəl əməllərə sahib olsun. 70 illik Yubileyiniz mübarək, əzizimiz Tofiq həkim. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Qoy həmişə qəlbinizdə, məsum simanızda ağrı və kədər olmasın, gözlərinizdə xoşbəxtliyin ən parlaq ulduzu nur saçsın. Sizə mənalı və ürəkaçan günlər yaşamağı arzulayırıq. Yüz yaşayın. Qəlbin pakdır, arzuların ülvidir. Şəxsiyyətin necə sadə, mətindir. Sənin kimi insan tapmaq çətindir, Tofiq həkim, 70 yaşın mübarək! Təbrikə qoşulurlar: yaxın qohumlarınız və redaksiyanın kolektivi.
Dərin hörmətlə
Şamil Cəfər























































