Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır
Ailə insan cəmiyyətinin daha möhkəm, sarsılmaz, ilkin özəyi olaraq, həm də ənənəvi milli dəyərləri özündə cəmləşdirir. Özünə möhkəm, sağlam ailə quran hər bir şəxs, şübhəsiz, ölkənin, cəmiyyətin möhkəmləndirilməsinə xidmət edir. Söhbət elə ailədən gedir ki, burada ər və arvad bir-birlərini sevir və hörmət edir, bir-birlərinə qayğı göstərir, sevinc və kədərlərini birgə bölür, övladlarını düzgün tərbiyə edir, ailə və cəmiyyət qarşısında öz borclarını dərk edirlər. Ölkəmizdə nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır.
Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövlət tərəfindən indiyədək bir sıra addımlar atılıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohumlar arasında nikaha icazə verilməməsi də bunun bariz ifadəsidir. 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklikdə nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı təqdim etmələri, yəni icbari tibbi müayinədən keçmələri qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla da nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına əlverişli şərait yaradılır. Bu istiqamətdə aparılan işlərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il iyunun 23-də “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydada erkən nikahın və qohumlar arasında nikahın izahı verilib. Sənəddə qeyd olunduğu kimi, qohum nikahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nigahın pozulması, nigahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik də edilib. Qanun layihəsi Milli Məclisin 2024-cü il iyunun 21-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Belə ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur.
Qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir. Layihədə qeyd olunan məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.
Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan 189-2 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.
Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan
uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nigah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nigaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nigah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.
Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda nigaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nigah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır. Erkən nikah- ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Ölkəmizdə 18 yaşadək şəxslə bağlanılmış nikah erkən nikah sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1.2.-ci yarımbəndinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur. erkən nikahlar nəticəsində həssas təbəqədən olan ailələrin sayı artır. Erkən yaşda ailə həyatı quran qız ailə həyatına psixoloji cəhətdən hazır olmadığı, öz zərif çiyinlərinə ağır ailə yükünü götürdüyü, fiziki tərəfdən fəsadlarla rastlaşdığı üçün və s. bu kimi məqamlara görə ciddi çətinliklərlə üzləşir. O, bu çətinliklərə hazır olmadığı üçün ciddi depressiya yaşayır, hətta intihara cəhd edir. Erkən yaşda uşaq dünyaya gətirən, təhsilini yarımçıq dayandıran, hər hansı peşəyə yiyələnməyən qız öz övladlarını və ailəsini təmin edə bilməyəndə özünü çox çarəsiz hiss edir. Ekən nikah nəticəsində həm də bir çox hallarda ailədə məişət zorakılığı müşahidə olunur, bütün bu səbəblər toplananda erkən evliliklər çox vaxt boşanma ilə nəticələnir. Erkən nikah, uşaq evlilikləri, onların xüsusən qız uşaqlarının həyatında yaradacağı fiziki, psixi fəsadlar və təhsildən yayınmanın qız uşaqlarının həyatına təsiri barədə yeniyetmələr, valideyinlər və cəmiyyət üzvləri mütəmadi olaraq məlumatlandırılmalıdır. Cəmiyyət üzvlərində ictimai qınaq fikri yaradılmalı, erkən nişan və erkən nikah mərasimlərində qol qaldırıb oynamaqdansa valideyinlərə bu evliliyin gələcəkdə yaradacağı problemlər barədə məlumat vermələri tövsiyə olunmalıdır. Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahın və qohumlar arasında nigahın mənfi nəticələrinə dair maarifləndirmə işinin daha məqsədyönlü şəkildə aparılması bu gün cəmiyyətimiz üçün daha zəruridir. Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Məsələ burasındadır ki, yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nigahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Bu da bir sıra hallarda erkən nigahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır. Bu gün erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılır. Erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar. Birmənalı olaraq hər birimiz erkən nikahın əleyhinəyik. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır. Ədliyyə Nazirliyi tərəfindən də bir çox təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Bu maarifləndirmə tədbirləri gəncləri erkən nikah və qohumlar arasında nikahın mənfi fəsadları barədə bilgiləndirmək və onları məsuliyyətli ailə quruculuğu mövzusunda məlumatlandırmaq məqsədi daşıyır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qohumlar arasında nikahın qadağan olunması, genetik xəstəliklərin və qüsurlu körpələrin dünyaya gəlmə ehtimalını azaltmaq məqsədini daşıyır. Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bu qanunvericilik sağlam və güclü nəsillərin yetişdirilməsinə kömək edir və cəmiyyətin genetik sağlamlığını qoruyur. Qohumlar arasında qurulan ailələr bəzən genetik və sağlamlıq problemlərinə səbəb ola bilər. Yaxın qohumlar arasında nikah, genetik xəstəliklərin və qüsurlu köpələrin dünyaya gəlmə ehtimalını artırır. Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bu gün qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil, cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi