Xəbər Lenti
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
26-10-2026, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Bakıda uşağın qarnından qapı dəstəyi çıxarıldı
Bakıda azyaşlının qarnından qapı dəstəyi çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Xətai Tibb Mərkəzinə gətirilən 10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi batdığı məlum olub.
Əməliyyat edilən xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu qeyd edilib.
“Lent.az”ın məlumatına görə, sözügedən hadisə 107 nömrəli məktəbdə baş verib.
Belə ki, 5-ci sinif şagirdi məktəbin sanitar qovuşağına gedərkən sürətlə qaçdığı üçün qapının dəstəyinə toxunub. Nəticədə yad cisim şagirdin qarın boşluğuna batıb.
Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.
Azyaşlı tibb müəssisəsinə çatdırılıb.
























































