SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Braziliya Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaroya qarşı ciddi məhdudlaşdırıcı qərar çıxarıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çirkli pulların yuyulması istintaqı çərçivəsində hakim Aleksandr de Moraes senatora pasportlarını 24 saat ərzində təhvil verməyi və ölkəni tərk etməməyi əmr edib.
Məhkəmənin araşdırdığı istintaq Flavio Bolsonaro ilə vəkil Viller Tomaz arasındakı şübhəli maliyyə əlaqələrini və mərc platformaları vasitəsilə həyata keçirildiyi iddia edilən pul köçürmələrini əhatə edir. Qərara əsasən, Flavio Bolsonaroya pasportlarını təhvil verməklə yanaşı, vəkil Viller Tomazla hər hansı əlaqə saxlaması da qadağan edilib.
Xatırladaq ki, oktyabrın 23-də hakim Moraes vəkil Tomazla əlaqəli hesablar və aktivlərdəki 6 milyard Braziliya realı (təxminən 1 milyard dollar) məbləğində vəsaitin dondurulması barədə qərar qəbul etmişdi.
Sosial media hesabında videoaçıqlama yayımlayan Flavio Bolsonaro atasını ziyarət etdikdən dərhal sonra Federal Polisdən pasportlarını təhvil vermək tələbi aldığını bildirib. Məhkəmə qərarına etiraz edən senator ölkəni tərk etmək planının olmadığını vurğulayıb. O, bu qərarın qardaşı Eduardo Bolsonaronun seçki məğlubiyyəti ehtimalı ilə bağlı verdiyi qalmaqallı bəyanatların təsiri altında verildiyini iddia edib.























































