Menu
Xəbər Lenti
Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

Bu ərazilərdə qaz olmayacaq
14-10-2024, 07:37

Bu ərazilərdə qaz olmayacaq

24 Tem 15:19Manşet / Gündəm / Səhiyyə

Mənəviyyat zirvəzində olan vətənpərvər insan Gəray Gəraybəyli

 

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".


Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda vətənpərvər həkimlərlə səhiyyəni inkişafı üçün geniş şərait yaradıldı. Xüsusi xidmətləri ilə seçilən vətənpərvər həkimlərdən biri də Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru, professor, əməkdar müəllim Gəray Gəraybəylidir.


 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tibb sahəsində aparılan kompleks islahatlar ölkədə tibbin bütün sahələrinin, o cümlədən tibbin formalaşmasına güclü təkan vermişdir. Mənəviyyat “mən” sözündən başlanır. Hər bir insanın “mən”i nədirsə, onun mənəviyyatı da odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir.


İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Gəray müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.


Gəray Gəraybəyli öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.


Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri tibb sahəsidir.


 

Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü  prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər  müqabilində qiymət verilir.


Yazımın əvvəlində tanınmış həkim, vətənpərvər insan, Gəray Gəraybəyli çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!


Gəray müəllimin ömür yolunu  arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük  insan  zəhmətlə  xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Gəray Gəraybəyli.


Gəray müəllimin hər istiqamətdə göstərdiyi nümunəvi missiyası bu gün öz nəticəsini göstərməkdədi.    


Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Gəray Gəraybəylihər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Gəray müəllim xeyriyyəçi missiyası ilə, uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Gəray Gəraybəyli doğma Azərbaycanımızdan sövqlə, fəxrlə danışır, Qarabağ  müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir böyük kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə bir çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı. 


Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi insan, qayğıkeş rəhbər, səriştəli peşəkar, təhsil rəhbəri olmaqla yanaşı, həmdə vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Gəray müəllim çox sağ olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı. 
       Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir vətənpərvər ziyalı kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun. 


 

 

 


Hazırladı: Vüqar Əsədov


Araşdırmaçı-jurnalist