Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Mənəviyyat zirvəzində olan vətənpərvər insan “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev
Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".
Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda iş adamlarına sahibkarlığın inkişafı üçün geniş şərait yaradıldı. Sahibkarlığın inkişafında xüsusi xidmətləri ilə seçilən vətənpərvər iş adamlarından biri də “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Mənəviyyat “mən” sözündən başlanır. Hər bir insanın “mən”i nədirsə, onun mənəviyyatı da odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Əbdülhüseyn müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Əbdülhüseyn Abdullayev öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri sahibkarlıqdır.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir.
Yazımın əvvəlində tanınmış iş adamı, vətənpərvər insan, Əbdülhüseyn Abdullayevin çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!
Əbdülhüseyn müəllimin ömür yolunu arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük insan zəhmətlə xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Əbdülhüseyn Abdullayevdir.
Əbdülhüseyn müəllimin hər istiqamətdə göstərdiyi nümunəvi missiyası bu gün öz nəticəsini göstərməkdədi.
Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Əbdülhüseyn Abdullayev hər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Əbdülhüseyn müəllim xeyriyyəçi missiyası ilə, uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Əbdülhüseyn Abdullayev doğma Azərbaycanımızdan sövqlə, fəxrlə danışır, Qarabağ müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir böyük kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə bir çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı.
Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi insan, qayğıkeş rəhbər, səriştəli peşəkar, sahibkar - iş adamı olmaqla yanaşı, həmdə vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Əbdülhüseyn v müəllim çox sağ olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı.
Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir vətənpərvər ziyalı kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun.
EMA Haqqında
EMA şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan ilk və qabaqcıl şirkətdir. EMA şirkəti dünya miqyaslı lider şirkətlərinin Azərbaycanda rəsmi distributurudur. Şirkətimiz həm yerli,həm də əcnəbi mütəxəssis aqronomlar komandasına sahibdir və bunun sayəsində müştərilərmizə və partnyorlarımıza ən qısa zamanda ən təsirli həll yolarını təklif edir.
Missiyamız: Şirkətimiz dəyərlərinə bağlı qalaraq xalqımızı və ətraf mühiti qoruyaraq ən keyfiyyətli məhsul və xidmətləri təklif edir. Azərbaycan kənd təsərrüfatı üçün yeni texnologiyalar təqdim edir və xidmətləri göstərir.
Məqsədimiz: Kənd təsərrüfatı sektorunda müştərilərmizin tələblərini diqqətlə müəyyənləşdirərək mütəmadi inkişaf edən və həm ölkəmizə, həm də partnyorlarımıza dəyər qatan bir şirkət olmaqdır...
Vüqar Əsədov
Araşdırmaçı jurnalist























































