Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

18 Tem 13:37Manşet / Gündəm / Siyasət

Mənəviyyat zirvəzində olan gənc siyasətçi Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov

 

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".


Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda gənclərin  idmanın inkişafı üçün geniş şərait yaradıldı. İdmanın inkişafında xüsusi xidmətləri ilə seçilən vətənpərvər insanlardan biri də Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovdur. 


Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən idmanın formalaşmasına güclü təkan vermişdir. Mənəviyyat “mən” sözündən başlanır. Hər bir insanın “mən”i nədirsə, onun mənəviyyatı da odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir.


İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Fərid müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.


Fərid Qayıbov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.


Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri idman sahəsidir. Fərid müəllim gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşır.  


Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü  prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər  müqabilində qiymət verilir.


Zəruri giriş: Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021-ci ildən), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (2021-ci ildən), Avropa Gimnastikasının prezidenti (2017-ci ildən), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü (2017-ci ildən), UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri (2022–2023), UNESCO-nun Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrinin Bürosunun sədr müavini (2023-cü ildən)

16 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən gənclər və idman naziri təyin edilmişdir.

Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.

2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir.

Evlidir, iki oğlu, bir qızı var. 

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləmişdir. 2001–2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.

Fərid Qayıbov 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.

2005-ci ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışmışdır. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir.[3] 2006–2007, 2008–2009 və 2013–2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşımışdır. 2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17–19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008–2012-ci Olimpiya dövrü üzrə).

25 dekabr 2010-cu il tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir. 2012-ci ildə FIG-nin 79-cu Konqresində (25–27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilmişdir.[5]

6–7 dekabr 2013-cü il tarixində Sloveniyanın Portoroj şəhərində keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir. 2013–2021-ci illərdə Milli Olimpiya Komitəsinin (MOK) üzvü olmuşdur.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur. 2014–2015-ci illərdə Birinci Avropa Oyunlarında (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində icraçı direktor vəzifəsini daşımışdır. 2014–2015-ci illərdə I Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Fərid Qayıbov ölkə başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilərkən

2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında yenidən Baş katib vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə Bakıda, 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə "Challenge" seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır. 2016–2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kurslarının, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kurslarının (2017), FIG Şurasının (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli təşkilat komitələrində icraçı direktor vəzifəsini daşımışdır.

Avropa Gimnastikası və FIG Konqreslərinin iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən). 

2017-ci il 1–2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində Fərid Qayıbov bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də (2020-ci ilin 1 aprel tarixindən Avropa Gimnastikası adlanır) prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür. Avropa Gimnastikasının Prezidenti kimi həmin qurumun Prezident Şurası, İcra Komitəsi və Ümumi Yığıncağına sədrlik edir, Avropa Gimnastikasını Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsində təmsil edir. Beynəlxalq Gimnastika Federasiyası İcra Komitəsinin üzvü kimi Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Fərid Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin olunmuşdur.[8] Elə həmin ildə də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin VIII hesabat-seçki Baş Məclisində həmin quruma Vitse-prezident seçilmişdir.

2022-ci ilin 24 May tarixində UNESCO baş qərargahında keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) növbədənkənar sessiyası zamanı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov üzv ölkələrin yekdil qərarı ilə CİGEPS-in sədri seçilmişdir. F. Qayıbovun sədrlik müddəti 2023-cü ilin 21 noyabr tarixində başa çatmışdır.

Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda (5 və 6 mart 2022-ci il) "Ənənəvi idman növlərinin dirçəlişi" şüarı altında keçirilən 5-ci Etnoidman Forumunda iştirak edib.

2022-ci ilin 23 iyun tarixində o, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü sessiyasına sədrlik edib.

Fərid Qayıbov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən (25–29 iyul 2022-ci il) Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edib.

Fərid Qayıbov 2022-ci il dekabrın 2-si və 3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində yüz faiz səs çoxluğu ilə yenidən Avropa Gimnastikasının prezidenti seçilib.

Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ilin 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin həmin ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü seçilmişdir.

Ölkə başçısının 11 mart 2023-cü il tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri təyin edilmişdir.[13] 2023-cü ilin 26–29 iyun tarixlərində Bakıda keçirilən 7-ci Bədən Tərbiyəsi və İdman üzrə məsul Nazirlər və Yüksək Vəzifəli şəxslərin Beynəlxalq Konfransına (MİNEPS VII) nazir F. Qayıbov sədrlik edib.

2023-cü ilin 25–26 oktyabr tarixlərində UNESCO-nun mənzil-qərargahında keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı zamanı, Konvensiyaya Tərəf Ölkələrin yekdilliklə qəbul etdiyi qərara əsasən, nazir Fərid Qayıbov Büronun sədr müavini seçilmişdir. F. Qayıbov növbəti iki il müddətinə bu vəzifəni icra edəcəkdir.

2023-cü ilin 8–9 noyabr tarixlərində İsmayıllı rayonun Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman sahələrinə məsul nazirlərinin yeddinci iclasında nazir Fərid Qayıbov həmsədr olub.

2024-cü ilin 3–7 aprel tarixlərində Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında Fərid Qayıbov Portuqaliya Gimnastika Federasiyasının medalı ilə təltif olunub. Bu mükafat Avropa Gimnastikasının prezidenti kimi F. Qayıbova son illərdə Avropa gimnastikasındakı xidmətlərinə görə verilib. 

2019-cu ilin mart–may aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmanın Beynəlxalq İdarəetmə Sistemi və Olimpiya Hərəkatı" fənni üzrə mühazirə deyib. 2020-ci ilin sentyabr–oktyabr aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman Menecmenti fakültəsinin magistr dərəcəsi üzrə tələbələrinə tədqiqat, kommunikasiya və innovasiya üzrə təcrübə modulunu tədris edib.

2016-cı ildə FIG-nin 81-ci Konqresində (Tokio, Yaponiya) həmin qurumun şurasına iki dəfə (2008 və 2012) üzv seçildiyi üçün FIG-nin bürünc medalına layiq görülmüşdür.

2017-ci ildə Bakıda keçirilmiş FIG-nin 17-ci Şura iclasında həmin qurum tərəfindən "Fəaliyyətin qiymətləndirilməsi" medalı ilə təltif olunmuşdur.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

2018-ci və 2022-ci illərdə İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri" layihəsi üzrə "İlin idman xadimi" seçilmişdir.

2023-cü ildə Litva Olimpiya Komitəsinin xüsusi medalı ilə təltif edilmişdir.

2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

 

Yazımın əvvəlində vətənpərvər insan, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovun çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!


Fərid müəllimin ömür yolunu  arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük  insan  zəhmətlə  xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Fərid Qayıbov. 


Fərid müəllimin hər istiqamətdə göstərdiyi nümunəvi missiyası bu gün öz nəticəsini göstərməkdədi. 


Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Fərid Qayıbov hər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Fərid Qayıbov işgüzar missiyası ilə, uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Fərid müəllim doğma Azərbaycanımızdan sövglə, fəxrlə danışır, Qarabağ  müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir böyük kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə bir çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı.


Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi nazir, həyat yoldaşı, qayğıkeş rəhbər, səriştəli peşəkar olmaqla yanaşı, həm də vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Fərid müəllim çox sağ olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı. 
       Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir vətənpərvər ziyalı kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun. 


 

Vüqar Əsədov

Araşdırmaçı-jurnalist