“Azərbaycan təbii qazının Suriyaya ixracı Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqla yeni səhifə açır”
Həkim satın aldığı körpəni yerə salıb başqa adla xəstəxanaya apardı - Türkiyədə qalmaqal
Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub
Nazirlikdə Avropa Universitetləri Futzal Çempionatının qalibləri ilə görüş - Fotolar
“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”
Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə elmi tədqiqatları davam etdirilir
AR ETN Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu arasında olan saziş üzrə elmi-tədqiqat işləri davam etdirilir. Botanika İnstitutunun elmi tədqiqat planına uyğun olaraq Eksperimantal botanika şöbəsinin əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Rəna Qəniyeva, Gülnar Sultanova, Sevil Dadaşova və Gülnarə Babayeva Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda ekspedisiyada olublar.
Ekspedisiyanın məqsədi bitkilərdə virus və göbələk patogen infeksiyalara qarşı yüksək bioloji aktivliyə malik olan makrolakton birləşmələrinin və saponinlərin təsirini öyrənmək, müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub.
Alimlər meyvə ağaclarında olan xəstəliklərə (viruslara) qarşı İNFANVİR və saponin preparatlarının müsbət təsirini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan 12 saylı meyvə təcrübə sahəsində tədqiqatlar aparıblar. İşin məqsədi yeni yaradılan İNFANVİR preparatının istifadəsi üçün kənd təsərrüfatı sahəsində geniş imkanların təklif edilməsidir.
Alimlərin Meyvəçilik və Çayçılıq ETİ-da fəaliyyət göstərən Bitki Biotexnologiyası laboratoriyasında apardığı təcrübələr göstərir ki, müxtəlif meyvə (gilas, şəftəli və gavalı) növlərində yaranan xəstəliklərə qarşı təklif olunan antibiotik və antioksidantların istifadəsi əlverişli ola bilər. Alınan nəticələr biokimyanın bir sıra müasir testlərinin (DNT ekstraksiyası, PCR reaksiyası və gel elektrofarez üsul) köməyi ilə aparılıb. Tədqiqatlardan alınan nəticələr gələcəkdə bir sıra məqalələrdə öz əksini tapacaq.
Ezamiyyət müddətində alimlər Azərbaycan Pedaqoji Universitetinin Quba filialında olublar. Görüş zamanı universitetin rektoru, fiz-riyaz. elmləri doktoru, dosent Yusif Əliyev alimləri universitetdə aparılan elmi və tədris-metodiki işlərlə tanış edib. Botanika İnstitutu ilə əməkdaşlıq imkanları müzakir olunub, müştərək elmi-tədqiqatların aparılması üzrə müvafiq təkliflər irəli sürülüb.