Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı DƏYİŞDİ
“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Dəyişikliklər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədardır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (AzETSPİ) və “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyi (“AzH və M” EİB), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə doktorları hazırlayan “ Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Su və Meliorasiya Elmi Tədqiqat İnstitut və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.






















































