Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
FHN-dən müəssisə və təşkilatlara MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
“Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların müvafiq mütəxəssislərinin attestasiyasını keçirir.
Bu səbəbdən, nüvə və radiasiya təhlükəli obyektlərin müvafiq əməkdaşlarının attestasiyadan uğurla keçməsi üçün ixtisas səviyyələrinin artırılması məqsədilə müəssisələr bir sıra hallarda bu sahədə təlimlər keçən təşkilatlara müraciət edirlər. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edərək, bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə edir”.























































