Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
"Microsoft Lens" tətbiqinin dəstəklənməsi dayandırıldı
"Microsoft" şirkəti "Android" və "iOS" üçün sənədlərin skan edilməsi məqsədilə istifadə olunan pulsuz "Microsoft Lens" tətbiqinə dəstəyin dayandırıldığını elan edib.
Oxu.Az bu barədə "Microsoft"un rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, fevralın 9-dan sonra tətbiq "Play Store" və "App Store"dan silinəcək. Bununla belə, istifadəçilər martən 9-dək alət vasitəsilə sənədləri skan etməyə davam edə biləcəklər və şəkillərə giriş saxlanılacaq.
"Microsoft" istifadəçilərə sənədlərin skan edilməsi üçün "OneDrive"dan istifadə etməyi tövsiyə edir. Bundan əlavə, "Microsoft" sənədlərin skan edilməsi üçün "Microsoft 365 Copilot" tətbiqində mövcud olan skan funksiyasından da istifadə etməyi təklif edir.























































