Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Azərbaycanlılar hansı telefonu seçir? - Son 5 ilin müqayisəsi
Media Təhlil Mərkəzinin (MTM) “Global Stats” Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlər əsasında hazırladığı təhlilə görə, 2020-ci ilin rəqəmlərində Azərbaycan əhalisinin mobil telefon seçimində “Samsung” markası üstünlük təşkil edirdisə, 2025-ci ildə mənzərə köklü şəkildə dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tehlil.az məlumat yayıb.
Daha dəqiq desək, 2020-ci ildə mobil telefon istifadəçilərinin 49,12%-i “Samsung”, 25,56%-i “Xiaomi”, 13,45%-i “Apple”, 11,87%-i isə digər markalara üstünlük verirdisə, cari ildə “Samsung”un bazar payı 26,39%-ə, “Xiaomi”nin satışı isə 19,95%-ə enib. 2025-ci ildə “Apple” istifadəçilərinin payı artaraq 18,81%-ə yüksəlib.
Ən diqqətçəkən dəyişiklik isə digər markalar kateqoriyasında baş verib, 2020-ci ildə 11,87% olan pay 2025-ci ildə 34,85%-ə çatıb.
2025-ci ilin məlumatına əsasən, “Honor” digər kateqoriyasında yer alan mobil telefonların 4,54%-ni, “Huawei” isə 1,08%-ni təşkil edib.
.png)
2025-ci ildə mobil internet vasitəsilə ən çox istifadə olunan axtarış sistemi 5 il öncə olduğu kimi “Google” olub. Lakin 2020-ci ildə “Google” axtarış sisteminin payı 96,49% idisə, cari ilə bu göstərici 80,34%-ə enib. Azalmanın əsas səbəbi “Yandex” axtarış sisteminin son dövrlərdə populyarlıq qazanmasıdır.
2020-ci ildə ölkəmizdə mobil internet axtarışlarının yalnız 2,45%-i “Yandex” üzərindən həyata keçirilirdisə, 2025-ci ildə bu göstərici 18,19%-ə çatıb. Digər axtarış sistemlərindən istifadə isə ümumi istifadənin 1,47%-ni əhatə edib.
Məlumat üçün bildirək ki, “Google” 1998-ci ildə ABŞ-da yaradılmış dünyanın ən geniş istifadə olunan axtarış sistemidir. “Yandex” isə 1997-ci ildə Rusiyada təsis olunub və xüsusilə, Rusiya və postsovet ölkələrində daha məşhurdur.
.png)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da süni intellekt proqramları arasında ən geniş istifadə edilən platforma “ChatGPT”-dir. 2025-ci ilin iyul ayı üzrə mobil istifadəçilərin 93,87%-i süni intellekt tətbiqləri arasında məhz “ChatGPT” dən faydalanıb.
“Microsoft” un “Copilot” proqramı istifadəçilərin 4,23%-nin seçimi olmaqla ikinci yerdə qərarlaşıb. Digər süni intellekt proqramlarından istifadənin ümumi payı isə 1,9%-dir.
Xatırladaq ki, “ChatGPT” “OpenAI” şirkəti tərəfindən 2022-ci ildə yaradılıb. “Copilot” isə “Microsoft” şirkəti tərəfindən 2023-cü ildə təqdim olunub.
.png)
“Global Stats” Statistika Mərkəzinin Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) ilə bağlı açıqladığı rəsmi rəqəmlərə əsasən, “Samsung” telefonları Azərbaycan və Gürcüstanda, “Apple” markalı mobil telefonlar isə Ermənistan bazarında əsas paya sahibdir.
Ölkəmizdə “Samsung” markalı mobil telefonların bazarda payı 26,39%, Gürcüstanda 37,55%, Ermənistanda isə 30,63% təşkil edir.
“Apple” markalı mobil telefonların payı isə Azərbaycanda 18,81%, Gürcüstanda 25,44%, Ermənistanda isə 35,58%-dir.
“Xiaomi” markası Azərbaycanın mobil telefon bazarında ikinci sırada yer alsa da, Gürcüstan və Ermənistanda üçüncü sırada qərarlaşıb. Cari ildə “Xiaomi”nin bazar payı Azərbaycanda 19,95%, Gürcüstanda 16,3%, Ermənistanda isə 15,86% təşkil edib.
.png)























































