Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
16 Noyabr 2022 05:48Manşet / İqtisadiyyat
Nazirlik “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirdi

“Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.
Bu barədə sorğusuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Bu qərarın səbəblərini aydınlaşdırmaq üçün həmin şirkətə müraciət etməyiniz tövsiyə olunur.
Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətini dayandırması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir.
Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, dünyanın ən nüfuzlu informasiya texnologiyaları nəhənglərindən olan “Microsoft” Azərbaycandakı ofisi bağlanmaq üzrədir. Onun sözlərinə görə, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.























































