Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
İranlı qadınların Xameneinin fotosuna qarşı etdiyi hərəkət viral oldu
İranda günlərdir davam edən etirazlar fonunda qadınların başlatdığı aksiya dünya mediasının gündəminə çevrilib.
“Qafqazinfo”nun məlumatına görə, iranlı qadınlar küçələrdə ölkənin Ali lideri Seyid Əli Xameninin fotosunu tutaraq yandırır daha sonra həmin alovda siqaret yandıraraq etirazlarını nümayiş etdirirlər.
Son günlər sosial mediada geniş yayılan bu görüntülər yeni etiraz dalğasının simvolik “vizit kartı”na çevrilib.
Xarici media bunu həm siyasi meydan oxuma, həm də qadınların gündəlik həyatına nəzarət edən tabuların açıq şəkildə məsxərəyə qoyulması kimi şərh edir.
Onu da əlavə edək ki, İranda bu tip hərəkətlər adətən ağır cəzalarla nəticələnir.
Belə ki, (İslam Cinayət Məcəlləsi, maddə 514) “İmam Xomeynini və ya Ali rəhbəri hər hansı yolla təhqir etmə” cinayət sayılır və burada ən yaxşı halda 6 aydan 2 ilədək həbs nəzərdə tutulur.
İnsan haqları və media-hüquq icmallarında etiraz və siyasi paylaşımlarla bağlı ən çox işlədilən ittihamlardan biri “dövlətə qarşı təbliğat” olur və bu maddə üzrə 1 ilə qədər həbs müddəti nəzərdə tutulur.
Bu əməllərlə bağlı olan başqa bir maddə isə “müqəddəs dəyərləri təhqir”dir. Bu isə hüquq icmallarında bu kateqoriyanın daha ağır nəticələrə çıxma potensialı olduğu göstərilir. Amma bu, konkret işin məzmunundan və dövlətin necə çərçivələməsindən asılıdır.
Bütün bunların üzərinə “Silahlı üsyanla əlaqə” maddəsi də gəldiyi halda aksiyanı təşkil edən və iştirak edən qadınları edam cəzası gözləyə bilər.
Məhz buna görə, iranlı qadınların bu maddələrə meydan oxuyaraq estafeti bir-birilərinə ötürməsi sosial şəbəkələrdə viral olub.
“Indian Times” isə yazır ki, “İranlı qadınlar Xameneiyə od vurmaq arzusunu həyatlarından da üstün tutur”.




























































