Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Gecə evdə "Wi-Fi"ı söndürmək lazımdır?
Evdə şəbəkəyə qoşulmuş smartfonlar və digər cihazlar fasiləsiz olaraq elektromaqnit şüalanması yaradır. Məntiq "Wi-Fi" routerini sadəcə söndürməyi təklif edir, lakin bu halda internetə bağlı olmayan bəzi funksiyalar da işləməz hala düşür. Məhz buna görə də yatmazdan əvvəl "Wi-Fi"ı məhz telefonda söndürməyin lazım olub-olmaması ilə bağlı tərəddüdlər yaranır.
Oxu.Az bu barədə "Novini.Live" portalına istinadən xəbər verir.
Bildirilir ki, bunun faydalı ola biləcəyi bir neçə səbəb var və onların əksəriyyəti sağlamlıq və rahatlıqla bağlıdır. Gecə "Wi-Fi"ı söndürmək elektromaqnit şüalanmasının təsirini azalda bilər, həmçinin yatmazdan əvvəl ekrana daha az baxmağa və artıq yuxuya getməyə çalışarkən diqqətin yayınmamasına kömək edir.
Bəzi araşdırmalar "Wi-Fi"ın söndürülməsini narahatlığın azalması ilə əlaqələndirir: bildirişlər, titrəyişlər və digər qıcıqlandırıcılar olmadıqda yuxunun keyfiyyəti arta bilər. Praktik bir üstünlük də var - enerji qənaəti. Aktiv bağlantı olmadıqda smartfon daha az enerji işlədir ki, bu da xüsusilə köhnə modellərdə batareyanın ömrünə müsbət təsir göstərə bilər.
Təhlükəsizlik məsələsini də nəzərə almaq lazımdır: müəyyən ayarlarda telefon siz yatarkən avtomatik olaraq mövcud şəbəkələrə qoşula bilər. Bu cür qoşulmalar cihazın təhlükəli və ya zərərli bir şəbəkəyə qoşulması riskini yaradır. Gecə "Wi-Fi"ı söndürmək bu riski də aradan qaldırır.
Xatırladaq ki, elektrik enerjisinə qənaət etmək məqsədilə "Wi-Fi" routerini gecə söndürmək cəhdləri əks-təsir verə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, internetin işini pisləşdirə, əlavə xərclərə səbəb ola və hətta təhlükəsizlik boşluqları yarada bilər.























































