Xəbər Lenti
Bugün, 11:14
201 nömrəli məktəbdə şok iddialar: İşdən çıxarılan müəllimlərin etirafları və yeni səs yazıları üzə çıxdı
10-09-2025, 10:16
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
10-09-2025, 09:38
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
10-09-2025, 09:17
Suraxanı rayonu Bakıxanov qəsəbəsi 105 saylı körpələr evi-uşaq bağçasının müdiri Arzu Talıbova – Dövlətin təhsilə diqqət və qayğısı
10-09-2025, 09:01
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müdiri Əsli Alıyeva – “ Uşaqlara qayğının təməlində sevgi dayanır”
9-09-2025, 14:21
Millət Vəkili Nəsib Məhəməliyev – Xalqın etimadını doğruldan, dövlətin etibarlı nümayəndəsi
Sağlamlığınız üçün yuxunuza önəm verin
"İnsan ömrünün 1/3-i yuxuda keçir. Buna görə də yuxu, sağlam həyatın əsas təməl daşlarından biri hesab edilir".
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, bunu professor, Dr. Asiyə Kanbay deyib.
Onun sözlərinə görə, fiziki, zehni və emosional sağlamlığın balansda qalması normal yuxu ilə birbaşa bağlıdır. Keyfiyyətli yuxu immun sistemini gücləndirir və bir çox xəstəliklərin riskini azaldır.
Sinə xəstəlikləri üzrə mütəxəssis Asiyə Kanbay qeyd edib ki, bu gün yuxu sağlamlığı tez-tez diqqətdən kənarda qalır. Halbuki, sürətli həyat tərzinə baxmayaraq, həm fiziki, həm də psixi sağlamlıq üçün yuxunun böyük əhəmiyyəti var:
"Daha yaxşı yuxu vərdişləri qazanaraq daha sağlam bir həyat sürmək mümkündür. Səhiyyə işçilərinin yuxu sağlamlığına önəm verməsi, ictimai sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması baxımından əhəmiyyətlidir. Yuxu pozğunluqlarının erkən və düzgün diaqnozu effektiv müalicə planının hazırlanmasında mühüm rol oynayır. Bu səbəbdən təkcə yuxu pozğunluqları üzrə mütəxəssislər deyil, bütün tibb sahələri bu məsələdə yüksək məlumatlı olmalıdır ki, cəmiyyətin daha geniş təbəqələrinə çata bilsin".
Həkimlər yuxu sağlamlığını diqqətdə saxlamalıdır
Asiyə Kanbay səhiyyə mütəxəssislərinin xəstələrin yuxu vərdişlərinə də xüsusi diqqət yetirməli olduğunu vurğulayıb:
"Həkimlər, xəstələrin siqaret çəkmə və qidalanma vərdişlərini dəyərləndirdikləri kimi, yuxu rejimlərini və yuxu problemlərini də araşdırmalı və lazım gəldikdə onları yuxu tibb mütəxəssislərinə yönləndirməlidirlər. Xüsusilə, xəstəxana şəraitində, palatalarda və reanimasiya bölmələrində yatan xəstələrin keyfiyyətli yuxu almaları üçün səs, işıq və gecə müalicəsi kimi düzəldilə bilən faktorların tənzimlənməsi vacibdir".
Keyfiyyətli yuxu üçün nələrə diqqət etməli?
Yuxu rejimini nizamlamağın mümkün yollarından danışan Asiyə Kanbay bildirib ki, hər gün gec saatlardan əvvəl eyni vaxtda yatmağa və səhərlər erkən oyanmağa diqqət yetirməklə yuxunun keyfiyyətini artırmaq mümkündür:
"Yuxu mühiti nə qədər qaranlıq, səssiz və ideal temperaturda olarsa, yuxunun keyfiyyəti də bir o qədər yüksələr".
Bundan əlavə, Asiyə Kanbay yatmazdan əvvəl telefon, planşet və ya kompüter kimi elektron cihazların istifadəsini azaltmağın yuxuya müsbət təsir edəcəyini vurğulayıb:
"Bu cihazlardan yayılan mavi işıqdan qorunmaq sağlam yuxu üçün mühüm əhəmiyyət daşıyır. Əks halda, mavi işığa məruz qalmaq, yuxu hormonu kimi tanınan melatoninin istehsalını azaldaraq yuxuya getməni çətinləşdirir və yuxunun keyfiyyətini aşağı salır".
Stresin idarə olunması və sağlam yuxu
Stresin idarə olunmasının da yuxu sağlamlığında əhəmiyyətli olduğunu vurğulayan professor meditasiya, yoga və dərin nəfəsalma texnikalarının gündəlik həyata daxil edilməsinin stresin azalmasına və yuxu keyfiyyətinin yüksəlməsinə kömək edə biləcəyini bildirib.
Yuxu rejimini qorumaq üçün digər vacib məqamlar isə bunlardır:
* Yatmazdan əvvəl ağır qidalardan, kofein və alkoqoldan uzaq durmaq
* Mədənin dolu olmamasına diqqət etmək
* Gün ərzində müntəzəm fiziki aktivliklə məşğul olmaq (lakin yatmazdan əvvəl ağır idmandan çəkinmək)
* Yuxu pozğunluqlarının müalicəsində multidisiplinar yanaşma
"Yuxu pozğunluqlarının müalicəsində multidisiplinar yanaşma ən doğru üsuldur", deyə Asiyə Kanbay bildirib. O, yuxu problemləri ilə məşğul olan mütəxəssislərin psixoloqlar, stomatoloqlar və kardioloqlarla əməkdaşlıq etməsinin xəstələrin daha geniş və effektiv müalicə almasına imkan verəcəyini qeyd edib.
"Bu addımlar, səhiyyə işçilərinin yuxu pozğunluqlarını daha effektiv idarə etməsinə kömək edəcək. Yuxu problemlərinin düzgün müalicəsi, ümumi sağlamlığı və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır", deyə həkim yekunlaşdırıb.
Aydın