ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR
Çağdaş poeziyamızın rəngarəngliyində poetik incilərinin özünəməxsus çaları olan, şeiriyyət şöləsi ilə mənəvi dünyamıza işıq saçan həkim-şair Hacı Çingiz Ərəblinin dostu şair -publisist Tapdıq Əlibəyliyə ünvanladığı ithaf çələngini oxuculara məmnuniyyəytlə təqdim edirik:
Şair dostum Tapdıq Əlibəyliyə
Şair var boğulur öz göz yaşında,
Şair var heç adı yox baş daşında,
Şair var yüz sual var baxışında,
Sağ ol ki, hər kəsi yada salırsan.
Şair var gəlməyir səsi- sorağı,
Şair var yazdığı yalnız bayağı,
Şair var sönübdür ömür çırağı,
Sağ ol ki, hər kəsi yada salırsan.
Böyük ürəyin var, böyük amalın,
Tapdıq Əlibəyli, nurdur camalın,
Ünvanlar dolanır şair xəyalın,
Sağ ol ki, hər kəsi yada salırsan.
Çingiz Ərəblidir gördüyün yazan,
Yazdığı zamanda verildi azan...
İmzalar içində seçilir imzan,
Sağ ol ki, hər kəsi yada salırsan.
08.01.2026























































