Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Mehriban Əliyeva təhsilə böyük diqqət göstərir
Müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Qloballaşan dünyada dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilmişdir.
Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında daim bildirir ki, son illər Azərbaycanda iqtisadi yüksəliş bütün sahələrdə özünü büruzə verir. Təhsilin inkişafına göstərilən diqqət və bu sahəyə ayrılan vəsait günbəgün artır. Son 10 ildə ölkədə 2700 məktəb inşa olunmuş və əsaslı təmir edilmişdir. Bununla da respublikada 1 milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşdırılmışdır. "Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb qalmayacaq" - deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində 32 internat məktəbinin və uşaq evinin yenidən qurulduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun özəl sektorlarla gözəl işbirliyi yaratdığını da dəfələrlə diqqətə çatdırmışdır.
Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il çanta və məktəb ləvazimatları hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.
Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. 2005-2012-ci illər ərzində respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.
Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı layihəsi də mühüm sosial əhəmiyyətə malikdir. Xatırladaq ki, proqram üzrə yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində mövcud problemlərin araşdırılması məqsədilə monitorinq aparmış, belə müəssisələrdə uşaqların sayı, aylıq və illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Araşdırmadan sonra uşaq evlərinə və internatlara texniki dəstək, təhsil və səhiyyənin inkişafına kömək əsas istiqamətlər kimi önə çəkilmişdir.
"Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.
Xüsusi vurğulamaq lazımdır ki, fond təhsil müəssisələrindəki uşaqların sonrakı taleyinə də biganə yanaşmır. Ötən il qurumun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 68 mənzillik yaşayış binası istifadəyə verilmişdir. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunmuşdur.
Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə sosial problemlərini həll etməkdir. Bu məqsədlə qurum, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında fiziki imkanları məhdud insanlar üçün regional informasiya mərkəzləri yaradır. Yevlaxda, Naxçıvanda belə informasiya mərkəzləri artıq fəaliyyətdədir.
2014-cü il fevralın 24-də isə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"nın təqdimat mərasimi olmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: "O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir... Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir".
Layihə çərçivəsində qısa müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli, Binə qəsəbəsində 285 nömrəli körpələr evi-uşaq bağçaları yenidən qurulmuşdur. Hazırda Qaxda 2, Oğuzda 2, Zaqatalada 2, Ağsuda 1, Samuxda 2, Füzulidə 1 uşaq bağçasının tikintisi davam etdirilir. Bakının Badamdar və Türkan qəsəbələrində, Pirallahı rayonunda da məktəbəqədər müəssisələr inşa edilir.
Belə genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirən təşkilat kimi özünü təsdiqləmiş, çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır. Fond əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü inamla reallaşdırır. Bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.
Hamının MEHRİBANI
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanla yanaşı, adlarını qeyd etdiyimiz ölkələrdə, həmçinin Rumıniyada, Hollandiya və Misirdə, bir sözlə, dünyanın ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə məhz Fondun adını daşıdığı görkəmli şəxsiyyətə layiq xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin müasirləşməsinə, dünya ölkələrinin sözün yaxşı mənasında diqqətini üzərimizə çəkməyə, təhsilimizin inkişafına, insanlarımızın şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb ki, bizcə də artıq son bir ilin hadisələri göstərdi ki, bu məqsədə uğurla nail olunub. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə bir sıra xarici ölkələrdə tikilən və ya yenidən qurulan təhsil ocaqlarında ölkəmizi tanıdan, onun üzləşdiyi işğal, qaçqın və soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzlərinin qurulması da uğurlu fəaliyyətin mühüm hissəsidir.
Mehriban Əliyeva deyir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri özəyində humanizm, insanpərvərlik, mərhəmət olan ortaq bir xətt birləşdirir. Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və ONU təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb.
Leyla Cabbarova
Qaradağ rayonu D.Bəkirov adına uşaq bağçasının müdiri