Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qrant layihəsi çərçivəsində şagirdlərin həyati bacarıqlarının inkişafına yönəlik təlimlər davam edir
Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi - Yeni trendlər
2025-ci ildə mənzil bazarında müşahidə olunan dəyişikliklər alıcıların prioritetlərini də yenidən formalaşdırıb. Əgər bir neçə il öncə əsas meyar qiymət və yer idisə, bu gün yaşayış rahatlığı, kompleks infrastrukturu və enerji səmərəliliyi kimi amillər ön plana çıxır.
“Qafqazinfo” xəbər verir ki, əmlak bazarı üzrə ekspertlərə görə, alıcıların ən çox diqqət yetirdiyi məqam artıq mənzilin təkcə dörd divar olması deyil, kompleksin ümumi yaşam şəraitidir. Ailələr üçün bağça, məktəb, park və mağazanın eyni ərazidə yerləşməsi qərarverməni asanlaşdırır.
Bundan əlavə, yeni trendlər arasında yaşıllıq zonalarının çoxluğu və açıq məkanların bolluğu xüsusi əhəmiyyət kəsb edir. İnsanlar artıq şəhərin sıxlığından uzaq, nəfəs alan, sakit və rahat məkanlarda yaşamağa üstünlük verirlər.
Tikinti şirkətləri də bu tələblərə uyğun şəkildə layihələrini modernləşdirir. Geniş eyvanlar, uşaq oyun meydançaları, enerji qənaətli materiallardan istifadə və ekoloji təmizlik 2025-ci ilin əsas tikinti istiqamətlərinə çevrilib.
Əmlak bazarında bu yanaşmanı uğurla tətbiq edən layihələrdən biri “Blue City” yaşayış kompleksidir. Xırdalanda yerləşən bu kompleksdə açıq həyətlər, yaşıllıq zonaları, məktəb və ticarət sahələri bir araya gətirilib. Müasir memarlıq və rahat ödəniş imkanı ilə Xırdalanın yeni mərkəzi olan “Blue City” şəhərciyi 2025-ci ilin alıcı trendlərinə tam uyğun bir nümunə kimi dəyərləndirilir.
Hazırda bu kompleksdə ilkin ödənişlər 15%-ə endirilib, tək şəxsiyyət vəsiqəsi ilə daxili hissəli ödəmə şərtləri ilə mənzilləri əldə etmək mümkündür. Mənzillə maraqlananlar *6444 qısa telefon nömrəsinə zəng edib əlavə məlumat ala bilərlər.
Ekspertlərin fikrincə, bu kimi layihələr yaxın illərdə insanların ev anlayışına yeni baxış gətirəcək - ev artıq təkcə yaşayış yeri deyil, rahat və balanslı həyat tərzinin bir hissəsi sayılacaq.




























































