VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Google”a qarşı araşdırma başladı
Avropa Komissiyası “Google” şirkətinin media nəşriyyatlarının məzmununu axtarış nəticələrində bilərəkdən gerilətməsi ilə bağlı rəsmi araşdırmaya start verib.
“Qafqazinfo”nun məlumatına görə, Komissiyanın açıqlamasında bildirilir ki, araşdırmanın əsas məqsədi “Google”un axtarış sistemində media saytlarına bərabər və ayrı-seçkiliksiz çıxış imkanı verib-vermədiyini müəyyənləşdirməkdir.
İddiaya görə, şirkət öz dominant mövqeyindən istifadə edərək, xəbər və digər nəşriyyat saytlarının reytinqini aşağı sala bilər. “Google” isə bu siyasətin məqsədinin axtarış nəticələrində manipulyasiyanın qarşısını almaq olduğunu bildirir.
Avropa Komissiyası araşdırma çərçivəsində bu siyasətin nəşriyyatların gəlirlərinə və biznes azadlıqlarına təsirini də qiymətləndirəcək.
Qurumun açıqlamasında vurğulanıb ki, araşdırmaya başlanması “Google” tərəfindən qayda pozuntusu edildiyi anlamına gəlmir. Lakin uyğunsuzluq təsdiqlənərsə, “Alphabet” şirkətinə ilkin nəticələr təqdim olunacaq və müvafiq tədbirlər təklif ediləcək.
Qayda pozuntusu sübuta yetirildiyi halda, şirkət illik qlobal dövriyyəsinin 10 faizinədək məbləğdə cərimə oluna bilər. Təkrarlanan hallarda isə bu rəqəm 20 faizə qədər yüksələ bilər.























































