Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

14 Noyabr 2025 04:52Manşet / Dünya

“Xahiş etdim ki, onların qarşısını alsın”

 

Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə ukraynalı gənclərin artan miqdarda Almaniyaya sığınacaq üçün gəlməsinin qəbuledilməz olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Ondan xahiş etdim ki, Ukraynadan gənclərin daha böyük sayla Almaniyaya gəlməsinin qarşısı alınsın. Onlar öz ölkələrində xidmət etməlidirlər. Ukraynanın onlara indi hər zamankından daha çox ehtiyacı var”, – Merts Zelenskiyə müraciət edərək deyib.

Kansler həmçinin qeyd edib ki, Almaniyada sosial təminat qaydalarının yaxın vaxtlarda dəyişdirilməsi nəzərdə tutulur:

“Yeni mexanizm ukraynalı qaçqınlara verilən ödənişlərin azaldılmasını və onların əmək bazarına daxil olmasına daha çox stimul yaradılmasını nəzərdə tutur. Ukraynalı qaçqınlara verilən müavinətlər elə tənzimlənəcək ki, işləməyə göstərilən motivasiya sosial təminat sistemində qalmaq motivasiyasından daha güclü olsun”.