Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: Mən dünyada müəllimdən yüksək ad tanımıram
"HEYDƏR ƏLİYEV 100"
Heydər Əliyev təhsil siyasəti
Bu gün 30 illik zaman keşiyində cənab Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi və mədəni inkişaf yolundakı tarixi xidmələrin analitik təhlil edəndə, görülmüş işləri milli və dövlətçilik mənafeyi baxımından dəyərləndirəndə Azərbaycanın məhz bu illərdə sürətlə inkişaf etdiyinin bir daha şahidi oluruq.
Tarixin haqsızlığı üzündən milli dövlətçiliyindən ayrı düşmüş, milli hissiyatı buxovlanmış Azərbaycan xalqı məhz o illərdə sosial–iqtisadi və mədəni tərəqqi yoluna qədəm qoymuş, xalqın özünüdərki və özünü təsdiqləməsi üçün zəruri, ilkin şərtlər yaradılmış, əhalinin intelektual inkişaf səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəlmişdir. Heydər Əliyev milli tərəqqinin, elmin, mədəniyyətin və mənaviyyatın inkişafının əvəzedilməz vastəsi olan təhsilə tövhələrindən, qayğısından, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir.
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.
Azərbaycan təhsilinin inkişafı sahəsində Heydər Əliyevin xidmətləri iki istiqamətdə getmişdir:
Heydər Əliyev milli tərbiyə və təhsilə dair nəzəri göstərişləri.
Heydər Əliyev milli təhsil quruculuğunda, təhsilin müxtəlif sahələrinin ahəngdar inkişaf yolunda gördüyü işlər.
Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:
“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır. Ölkəmizdə hələ də milli tərbiyə konsepsiyası işlənməmişdir. Lakin cənab Heydər Əliyevin çıxış, nitq və məruzələrində irəli sürülən təklif və fikirlər tərbiyyə işinin həm məzmununu,həm də həyata keçirilmə yollarını müəyyənləşdirir.
Təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmişdir. Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir:
Azərbaycan təhsilinin milli tariximizdə coşğun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünə təsadüf edir.
İkinci mərhələ cənab Heydər Əliyevin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev dövlətin bütünlükdə təhsil sisteminə rəhbərlik edirdi. Hətta o illərdə Azərbaycan gənclərinin nəinki Azərbaycanda, həmçinin Azərbaycan hüdudlarından kənarda da təhsil almalarına şərait yaradərdı. Hətta, tez-tez Azərbaycanlı tələbələrlədə görüşür, onların qayğı və problemləri ilə şəxsən maraqlanır, onların həlli üçün bütün imkanlardan istifadə edirdi.
Üçüncü mərhələ çağdaş təhsil tariximizin ən mürəkkəb, böhranlı illərini (1988-1993) tənəzzül və depressiya illərini əhatə edir. Bu mərhələdə Azərbaycan təhsilinə rəhbərlik edənlər onun cəmiyyətdəki rolunu düzgün qiymətləndirə bilmədilər. Təhsilin “inqilabi yolla” yenidən qurulmasına cəhd edərək, 1992-ci ildə “Təhsilin qanunu” qəbul etdilər.
Dördüncü mərhələ Heydər Əliyev müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi ilə başlananindiki dövrü əhatə edir.
1982-ci ilin sonunda Heydər Əliyevin keçmiş SSRİ-nin təhsil islahatlarına rəhbərlik etməsi ilə ümumtəhsilin inkişafında da müəyyən keyfiyyət dəyişmələrinə gətirib çıxartdı.
Möhtərəm Heydər Əliyev Azərbaycan təhsilin inkişaf yolundakı böyük nxidmətlərindən biri də 1970-1980-ci illərdə təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətin büyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün effektiv üsul və metoların tətbiqi önə çəkilmişdir. Heydər Əliyev həmişə öz nitqində demişdir:
“İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.”
Heydər Əliyev Azərbaycan qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir:
“Biz müstəqil dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkminləşdirəcək”.
Təhsil Problemləri və Müəllimləri Təkminləşdirmə İnstituttlarında, KİV-də müzakirə edilən təhsillə bağlı yeni termin və istilardan biri də kurrikulumdur. Bu sözün mənası mətbuatda kifayət qədər açıqlanıb. Kurrikulum proqramların, tədris planlarının, dərsliklərin yeni standartlara uyğun hazırlanması olub, nəticənin, başqa sözlə, bacarıq və əməlin önə getməsi, əsas götürülməsidir. Ümumiyyətlə, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Biz əvvəldədə qeyd etdik ki, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur.
Bütün bunlarla bərabər təhsil sistemində bir neçə islahatlar da aparmışdır. 2003-cü ildə yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı, xüsusi isdedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə proqram və bununla bağlı digər proqramlar və onların reallaşdırılması da təhsilin inkişafı ilə bağlı görülən işlərin bir qismidir.
Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.
Ofelya Məmmədova
Bakı şəhəri 99 saylı tam orta məktəbin direktoru
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: Mən dünyada müəllimdən yüksək ad tanımıram
Ulu öndər Heydər Əliyevin müəllimlər haqqında demişdir: Mən dünyada müəllimdən yüksək ad tanımıram.
Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir.
Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir. Müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
“5 Oktyabr Müəllimlər Günü” münasibəti ilə hörmətli Bakı şəhəri 99 saylı tam orta məktəbin direktoru Ofelya Məmmədovanı və müəllim heyətini redaksiyamızın kollektivi adından səmimi qəlbdən təbrik edir, uzun ömür, can-sağlığı, şərəfli peşəsində yorulmaz iş fəaliyyəti arzulayırıq.
Hörmətlə,
Nail Amin Zaman
İcraçı direktor