Xəbər Lenti
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
06 Mart 2023 15:32Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, Macarıstan Prezidentinin və Baş nazirinin bu səfər zamanı göstərdikləri qonaqpərvərlik və sıx əməkdaşlıq səylərini bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələr verdiyini vurğulayaraq Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını dedi. Əlaqələrimizin gündəliyinin genişləndiyini bildirən Azərbaycan Prezidenti bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğuladı.
Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi.
Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğuladı. Qonaq Prezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını dedi.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.