Xəbər Lenti
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Qlobal Bakı Forumu göstərir ki, Prezident İlham Əliyev qlobal ümidləri doğrulda bilən platforma formalaşdıra bilib.
Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurlu ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə günbəgün artan nüfuzunu və eləcə də güc və qüdrətini əks etdirir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan mövqeyinin onun beynəlxalq təşkilatlarla əlaqələrində və həmçinin onların fəaliyyətində fəal iştirakçısına çevirib. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər kəsərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmiz bütün bunlarla yanaşı artıq bir sıra beynəlxalq qurumlarda nəinki sadəcə üzv kimi təmsil olunur, eləcə də bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Sadalanan amillər dövlətimizin başçısını güclü lider olaraq xarakterizə etməklə yanaşı eyni zamanda dövlətimizin güc və qüdrətini nümayiş etdirir.
Ölkəmizin beynəlxalq arenada olan mövqeyi isə xarici siyasət kursumuzun uğurları ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl diplomatik addımları dövlətimizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Bu gün dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və prezident İlham Əliyevin qəbul olunan beynəlxalq nüfuzu Azərbaycanı bütünlükdə dünya siyasətinin reallaşmasında mühüm iştirakçıya çevirib.
Və sözsüz ki, bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu bu konteksdə olan tarixi əhəmiyyətli tədbirlərdəndir. Qoşulmama Hərəkatının son sammitindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə cari ilin 9 mart tarixində keçirilən X Qlobal Bakı Forumu eyni zamanda bu baxımdan mühüm önəm daşıyır.
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə altmış ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırki və sabiq prezident, baş nazirin qatıldığı Bakı Forumu qlobal problemlərin həllinin araşdırılması üçün son dərəcə uğurlu platforma kimi dünyanın diqqət mərkəzində oldu. Yaxın Şərqin, Afrikanın və Qərbi Balkanların aktual məsələləri əsas müzakirə mövzusu olmaqla yanaşı, Forumda digər qlobal problemlərin də araşdırılması dünyanın daha təhlükəsiz olmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti töhfəsi hesab olunmalıdır.
Mövzudanda göründüyü kimi indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskusiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəldilib. Bu forumun məqsədləri Azərbaycan prezidentinin tədbirin açılış mərasimindəki çıxışında da ifadə olunub. Forumda prezident İlham Əliyev çıxışı əsnasında haqlı olaraq vurğuladı ki, həmsədrlərin, bütün idarə heyyətinin düşünülmüş və səmərəli fəaliyyətinin nəticəsi kimi Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.
Ölkə rəhbərinin nitqində münaqişələr, onun həlli yolları mövzusu əsas diqqət çəkən məqamlardan oldu. Prezident İlham Əliyev Ermənistanın ölkəmizə qarşı keçirdiyi hərbi təcavüzü və işğal nəticəsində Azərbaycanda hümanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nın Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa zidd şəkildə hörmətsizlik etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev həmçinin münaqişəni həll etməyə cavabdeh olan ATƏT-nın keçmiş Minsk qrupunun fəaliyyətinə də toxunaraq heç bir nəticəyə nail olunmadığını vurğuladı. Belə olduğu təqdirdə beynəlxalq hüququn verdiyi imkanlardan, eləcə də legitim hüququmuzdan istifadə edərək ərazilərimizi hərbi yolla azad etdiyimizi diqqətə çatdırdı.
Dövlət başçısının çıxışında yer almış mühüm məsələlərdən biri də postmüharibə dövrünün reallıqlarına həsr olunmuşdur. Cənab prezident ölkəmizin sülhpərvər mövqeyini vurğulayaraq və bu istiqamətdə konkret addımlar atıldığını bildirdi. Ölkəmiz sülh müqaviləsini imzalamaq üçün Ermənistana beş baza prinsipi təqdim etmişdir, Ermənistandan nəhayət ki, konstruktiv mövqe gözləyirik – deyən dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlərə də toxunularaq bir-birinin süverenliyinə və ərazi bütövlüyünə hörmət konteksində sülhə nail olmağın mümkünlüyünü qeyd etdi.
Dövlətimizin başçısı nitqində diqqətə çatdırılan bir çox məsələlərlə bərabər, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakına da toxunaraq, Azərbaycanın bu prosesdə fəal siyasət yürütdüyünü qeyd etdi, bu sırada respublikamızın enerji təhlükəsizliyində ciddi mövqe qazanmasını xüsusi vurğuladı.
Cənab prezident həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığını, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğunu da bildirdi.
Prezident İlham Əliyev çıxışında eyni zamanda ötən ilin dekabrında Buxaresdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair sazişin imzalandığına da diqqət çəkərək həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından xəttin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını və bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinin reallaşdırıldığını toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Beləliklə, X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Cənab prezidentin həm bu mötəbər tədbirdə çıxışı, həm də forum iştirakçısı olan nüfuzlu siyasətçiləri qəbul edərkən ifadə etdiyi mövqe ölkəmizin öz maraqlarını qoruyaraq təmin etmək gücünü göstərmiş oldu.