Xəbər Lenti
20-03-2026, 23:28
“Shirvan Operating Company Ltd” əməkdaşlarına Novruz və Ramazan münasibətilə nümunəvi sosial dəstək təşəbbüsü
19-03-2026, 11:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 12:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
TƏBİB-lə MEDİA arasında əməkdaşlıq perspektivləri müzakirə olundu
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb.
Görüşdə audiovizual, çap, onlayn media və informasiya agentlikləri ilə əməkdaşlıq əlaqələri, Kütləvi İnformasiya Vasitələri üçün tibbi xidmətlərin təşkili, icbari tibbi sığortanın tətbiqinə dair birgə təlimlərin keçirilməsi, TƏBİB-in tabeliyindəki tibbi müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə və media ilə çalışan əməkdaşlar üçün vaxtaşırı birgə təlimlərin təşkili, Agentliyin PR-kommunikasiya üzrə təşkil etdiyi təlim, seminar, vebinar və konfranslara TƏBİB-in sahə üzrə əməkdaşlarının cəlb olunması və.s məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən Vüqar Qurbanov son dövrlərdə mətbuatın inkişafı, peşəkar kadrların cəlb edilməsi istiqamətində vacib işlər görüldüyünü və müsbət dəyişikliklərdə Medianın İnkişafı Agentliyinin müstəsna rolunu qeyd edib.
V.Qurbanov bu günə qədər Agentlik ilə birgə Kütləvi İnformasiya Vasitələri üçün bir sıra layihələrin həyata keçirildiyini, bundan sonra da davamlı olaraq sıx əməkdaşlıq ediləcəyini vurğulayıb. O, səhiyyə sahəsində vətəndaşların maarifləndirilməsində media işçilərinin fəaliyyətinin vacibliyindən danışıb.
Əhməd İsmayılov isə öz növbəsində tibb sahəsinin çoxşaxəli və həyati əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin bu sahə üzrə ixtisaslaşmasının vacibliyindən bəhs edib.
O, gələcəkdə TƏBİB-lə birgə reallaşdırılması nəzərdə tutulan layihələrin sahənin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.























































