Xəbər Lenti
Bugün, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Dünən, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Dünən, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Dünən, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
7-04-2026, 12:10
Aprelin 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib
19 Dekabr 2022 17:47Mədəniyyət
Dövlət Xidmətinin rəisi UNESCO-nun sessiyasında çıxış edib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi postmünaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizmlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştirakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.
Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1