Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Bu il aşkarlanan 51 abidə dövlət qeydiyyatına alınıb
“Ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı 2000-dən artıqdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclasında məlumat verilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, bu günə qədər Ekspert Şurasında 500 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb:
“Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır. Həyata keçirilən işlər nəticəsində 2025-ci ildə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-i Bakı şəhəri, 44-ü isə işğaldan azad edilmiş ərazilərdə yerləşir”.
İclasda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən 17, vətəndaş müraciətləri əsasında qeydə alınmış 7 və Qubadlı rayonu ərazisində yerləşən 1 daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan obyekt barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. Həmin tarixi, memarlıq və arxeoloji obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.























































