Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
10 Yanvar 2023 07:02Cəmiyyət
Ekspert Şurası 125 adda preparatla əlaqədar imtina qərarı verib
Qida Təhlükəsizliyi Agentliyində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 47-ci iclası keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla əlaqədar məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 1 adda aqrokimyəvi maddə və 8 adda pestisid, təkrar qeydiyyata alınan 17 adda aqrokimyəvi maddə və 62 adda pestisid olmaqla, ümumilikdə 88 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 75 adda pestisid olmaqla, ümumilikdə 91 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 57 adda (46 adda aqrokimyəvi maddə, 6 adda pestisid, 5 adda feromon tələ), təkrar qeydiyyat üçün 59 adda (4 adda aqrokimyəvi maddə, 55 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin ilkin qeydiyyat üçün müraciət olunmuş 2 adda (pestisid) və təkrar qeydiyyat üçün 7 adda (pestisid) preparatın təsiredici maddəsi agentliyin Kollegiyası tərəfindən təsdiqlənmiş 47 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 125 adda preparatla əlaqədar imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən dövlət qeydiyyatına alınmamış və vaxtı keçmiş preparatların qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.