Xəbər Lenti
Dünən, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
17-09-2026, 13:07
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
16-09-2026, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
16-09-2026, 10:36
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
Şuşada beynəlxalq konfrans başlayıb
Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans başlayıb.
Konfransda mədəniyyət naziri Anar Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçıları əsas hissədən öncə Şuşa Realnı Məktəbinin önündə xatirə şəkli çəkdiriblər.
Beynəlxalq konfransın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin etməkdir.
İki gün davam edəcək konfransın plenar sessiyalarında regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar - gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr nəzərdə tutulub.























































