Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Hər seriyaya görə milyonlar qazanırlar - Siyahı
Türkiyə serial sənayesində büdcələrin artması aktyorların qazancına da təsir edib.
“Qafqazinfo” xəbər verir ki, 2026 mövsümü üçün sənaye dairələrində dolaşan məlumatlara görə, bəzi məşhur aktyorlar epizod başına 4 milyon TL-dən (təxminən 153 min manat) çox maaş alır.
Bildirilir ki, Kıvanç Tatlıtuğ və Kenan İmirzalıoğlu siyahının başındadır və hər bölüm üçün milyonlarla TL qazanırlar. Çağatay Ulusoy da yüksək maaşlı aktyorlar arasında yer alır.
Son illərdə türk seriallarının beynəlxalq satışlarının artması və rəqəmsal platformalara yatırımların yayılması aktyor maaşlarının rekord səviyyəyə çatmasına səbəb olub. Xüsusilə böyük pərəstişkar bazasına malik yüksək reytinqli layihələrdə rol alan aktyorların hər bölüm üçün ödənişləri milyonlarla TL təşkil edir.
Gənc aktyorlar da bu siyahıda yer alır: Afra Saraçoğlu və Mert Ramazan Demir son dönəmlərdə məşhur seriallarla adlarını tanıdaraq yüksək maaş qazanmağa başlayıblar. Qadın aktyorlar arasında isə Demet Özdemir və Hande Erçel ən yüksək ödənişlərə malikdirlər.
Ən çox qazanan aktyorlar və hər seriyaya görə maaşları belədir:
Kıvanç Tatlıtuğ: 4.000.000 - 4.500.000 TL (təxminən 153-172 min manat),
Kenan İmirzalıoğlu: 4.000.000 TL (təxminən 153 manat),
Çağatay Ulusoy: 3.000.000 - 3.500.000 TL (təxminən 114-133 min manat),
Afra Saraçoğlu: 2.500.000 TL (təxminən 95 min manat),
Mert Ramazan Demir: 2.500.000 TL (təxminən 95 min manat),
Demet Özdemir: 2.000.000 TL (təxminən 76 min manat),
Hande Erçel: 1.750.000 TL (təxminən 67 min manat),
Ozan Akbaba: 1.500.000 TL (təxminən 57 min manat),
Akın Akınözü: 1.500.000 TL (təxminən 57 min manat),
Sinem Ünsal: 1.000.000 TL (təxminən 38 min manat).























































