Xəbər Lenti
9-07-2026, 21:47
Şəhərsalmada peşəkarlığın nümunəsi – Gəncənin baş memarı Elvin Həsənzadənin fəaliyyəti
8-07-2026, 17:32
Ölkə rəhbərinin qətiyyətli mövqeyi Azərbaycanın beynəlxalq nüfuzunun bariz ifadəsidir
7-07-2026, 22:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
34 yaşlı kişi iki məktəbliyə xəsarət yetirdi
Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib.
“Qafqazinfo”nun məlumatına görə, hadidə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib.
Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib.
Xəsarət alan qardaşlardan biri xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs barəsində tədbir görülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Mübariz Muradov























































