Xəbər Lenti
Dünən, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
13-11-2026, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
13-11-2026, 10:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.
Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.
Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.
Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.
Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.
Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.
Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt” tərəfindən "A320/A321 NEO CEET” tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787” təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.
Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.
Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.
Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.























































