Menu
Xəbər Lenti
SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 14:40

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 08:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 08:00

Bu ərazilərdə qaz olmayacaq

Tapdıq Əlibəyli – 65.
27-04-2026, 15:04

Tapdıq Əlibəyli – 65.

07 Aprel 2026 08:09Manşet / Sosial

Həmin ərazilərdən keçərkən daha diqqətli olun - Sürücülərin nəzərinə!

 

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və s.) müəyyən fəsadlar yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya parçalarından təmizlənməsi istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir.

“Fəsadların qeydə alındığı ərazilərə dərhal Agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada təmizləmə və bərpa işləri həyata keçirilir. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Yollarda rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması üçün bütün zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən yollarda diqqətli olmalarını, hava şəraitini nəzərə almalarını və yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir”, - deyə məlumatda qeyd edilib.