Xəbər Lenti
Dün, 10:03
İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB
5-02-2023, 15:19
ŞOK: "Aynurə adlı qadın özünü müxtəlif orqanların əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq edib" - FOTOLAR
5-02-2023, 15:16
"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
5-02-2023, 09:34
“Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür” - Baş nazirin müavini
5-02-2023, 09:29
Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA
5-02-2023, 09:21
Hindistan Rusiyaya görə Qərbin sanksiyalarından yayınmaq üçün valyutalarını “dəyişiblər”
3-02-2023, 12:21
Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB
3-02-2023, 12:18
Britaniya səfiri: “Azərbaycanla enerji sahəsindəki əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirik”
3-02-2023, 11:41
Prezident: “Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək”
3-02-2023, 11:37
“Müəyyən kimyəvi reaksiyalardan başı çıxan iranlı burada narkotik hazırlayır” - Həkimdən XƏBƏRDARLIQ
3-02-2023, 11:07
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi - SƏRƏNCAM
3-02-2023, 11:06
Deputat: “Azərbaycan regionun bütün istiqamətlərdə təhlükəsizliyinin formalaşmasına xüsusi önəm verən ölkədir”
21 yan 10:36Gündəm
Kamran Bayramov: “Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu”

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, Avropa Parlamenti üzvlərinə yaxşı bəllidir ki, Azərbaycanın onilliklərdir işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs tamamilə məhv edilib:
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüzminlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində bu parlament yalnız susub. Erməni vəhşiliyi Azərbaycan tərəfindən beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları qarşısında davamlı şəkildə qaldırılsa da, Avropa Parlamentinin üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi ikili standartların bariz göstəricisidir”.
Deputat diqqətə çatdırıb ki, qərəzli qətnaməni imzalayanlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında olduqlarını açıq aydın nümayiş etdirirlər:
“Bu gün Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı hələ də davam etdirilir. Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası bir aydan artıqdır davam edir. Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, həmçinin uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə göstərilən, guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz verilməsinə əngəl olmasıyla bağlı iddialar isə ağ yalandır”.
K.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması və bütün bunların Avropa Parlamentinin yadına belə düşməməsi haqlı olaraq suallar doğurur:
“Avropa Parlamenti unudur ki, onun üzvü olan ölkələrin bir çoxunun enerji təminatçısı məhz Azərbaycandır və bu ölkə qlobal enerji layihələrinin müəllifi kimi regionda əsas söz sahibidir. Xatırladaq ki, vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin, zaman, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu sübut etdi.
Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci il 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu və həmin ilin 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşması imzalandı. Bu isə o deməkdir ki, Azərbaycana qarşı olan qüvvələrin apardığı qarayaxma həmlələrinə baxmayaraq, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı əməkdaşlıq davam edəcək”.
Sayad Həsənli